Qısa məzmun
Avrora şirkəti Gömrük və Nəqliyyat Prosesləri üzrə Mütəxəssis vakansiyasını elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Nəqliyyat şirkətləri ilə bağlı müqavilələrin sistemə daxil edilməsi;
- Tenderin keçirilməsi, spesifikasiyaya uyğun olaraq müddətin, qiymətin və çatdırılmanın təmin edilməsi;
- İxrac gömrük rəsmiləşdirilməsi ilə əlaqədar tələb edilən sənədlərin toplanmasının aidiyyəti şöbələrlə koordinasiya edilməsi;
- İxrac olunan yüklərin sənədlərinin gömrük rəsmiləşdirməsinin həyata keçirilməsi;
- İxrac sənədlərinin yoxlanıb, bəyannamələrinin tərtib edilməsi;
- Daşınma zamanı yüklə bağlı yaranan hər hansı sınma, zədələnmə, dağılma hallarının aradan qaldırılması üçün nəqliyyat şirkəti ilə danışıqların aparılması;
- İxrac gömrük bəyannamələrinin qeydiyyatının aparılması;
- Müqavilələrin əlavələrinin elektron hökümət portalı üzərindən gömrük rəsimləşdirilməsi üçün kodlarının alınması.
Tələb olunan bilik və bacarıqlar:
- Logistik proseslər haqqında məlumatlı olmaq;
- MC Office proqramlarında işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Analitik düşünmə qabiliyyəti.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil : Ali (Beynəlxalq daşınmalar, Logistika yönümlü ali təhsilə üstünlük verilir);
- İş təcrübəsi : Müvafiq sahə üzrə 1-3 il;
- Dil bilikləri: Azərbaycan dili -səlis (Rus və İngilis dilləri üstünlükdür);
- Yaş həddi : 22-45.
İş şərtlərimiz:
- İş qrafiki : 5 günlük;
- İş yeri : Aşıq Molla Cümə küç, 46C;
- Nahar şirkət tərəfindən təmin olunur.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Gömrük və Nəqliyyat Prosesləri üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.