Qısa məzmun
Ferrum Capital Grow lab layihəsi üzrə təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir.
Təcrübə proqramı barədə məlumat:
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Kapital QSC “Grow lab” layihəsi üzrə təcrübə proqramı elan edir. Layihənin məqsədi ali təhsil müəssisələrinə yüksək balla qəbul olan tələbələrin araşdırma və biznes proseslərinin qurulması sahəsində yaxından iştirak edərək təcrübə qazanmasına və karyerasına ilk addımı atmasına dəstək verməkdir. Təcrübə proqramı 2 ay müddətində nəzərdə tutulub. Təcrübə dövründə təcrübəçiyə şirkət tərəfindən ödəniş ediləcək və yekunda nəticəsi yüksək olan şəxslər kiçik mütəxəssis kimi işə qəbul ediləcəkdir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Təcrübə proqramına kimlər müraciət edə bilər?
- Bakalavr və magistr tələbələri
- Yeni məzunlar
Namizəddə hansı özəllikləri axtarırıq?
- Ali təhsil
- Qəbul imtahanında 600-dən yüksək bal toplamaq
- İngilis, rus, türk dillərindən ən azı birini mükəmməl səviyyədə bilmək
- Yüksək səviyyədə riyazi biliklər
- Araşdırma və problem həlletmə qabiliyyəti
- Məsələlərə analitik yanaşma
Təcrübə proqramı dövründə hansı işlər görüləcəkdir?
- Müxtəlif biznes layihələrinin hazırlanması və yeni məhsulların yaradılması ilə bağlı müxtəlif dillərdə araşdırılma edilməsi və təqdimat hazırlanması
- Biznes proseslərinin təkmilləşdirilməsi və biznesin inkişafı strategiyasının hazırlanmasında yaxından iştirak edilməsi
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Grow lab” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. Növbəti mərhələ üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
AccessBank Korporativ Katib vəzifəsinə işə qəbul elan edir. ...
HomeFinance Risklərin idarə edilməsi üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank Maliyyə İdarəsinin Büdcə planlaşdırılması və xərclərə nəzarət şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Risklərin İdarə Edilməsi Departamentində Monitorinq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Biznes xidmət üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
"Rabitabank" ASC Şirvan filialı üzrə Universal işçi vakansiyasını elan edir. ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları QSC Əsas vəsaitlərin və inventarların Uçotu Şöbəsi / Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Pərakəndə bankçılıq üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis (Qəbələ filialı) vəzifəsi üzrə ...