Həkim-ekspert (region filialları)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Həkim-ekspert (region filialları) vəzifəsi üzrə vakansiya elan edir.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı.

Vakansiya aşağıdakı regionlar üzrə aktivdir:

  • Lənkəran
  • Şəki
  • Quba
  • Şirvan
  • Mingəçevir
  • Göyçay
  • Ağcabədi
  • Şəmkir
  • Cəlilabad

Görəcəyiniz işlər:

  • Regionlarda yerləşən tibb təchizatçılarında tibbi ekspertizanın həyata keçirilməsi;
  • Tibbi-iqtisadi ekspertizanın aparılması zamanı yaranan mübahisəli məsələlərin araşdırılması məqsədi ilə vətəndaşlar və yaxud tibb heyəti ilə görüşlərin keçirilməsi;
  • Tibb təchizatçısı ilə vətəndaş arasında yaranmış tibbi xidmətin təşkili ilə əlaqəli mübahisəli məsələlərin araşdırılmasının, təhlilinin və aradan qaldırılmasının təmin edilməsi;
  • Tibbi və texniki ekspertizanın aparılması nəticəsində aktların tərtib olunması;
  • Departamentə daxil olan xidməti fəaliyyəti ilə əlaqədar məktubların cavablandırılması;
  • Rəhbərlik tərəfindən xidməti fəaliyyətlə əlaqədar verilmiş digər tapşırıqların vaxtında, dəqiqliklə və keyfiyyətli şəkildə həyata keçirilməsi;
  • Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
  • Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali tibbi sahə üzrə təhsil;
  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus dili biliyi üstünlükdür);
  • MC Office (Word, Excel) proqramlarında işləmək bacarığı;
  • 3 -5 il ümumi əmək stajı;
  • İntizamlılıq və nəticəyönümlülük;
  • Ünsiyyət və təşkilatçılıq bacarığı;
  • Stressə qarşı davamlılıq;
  • Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliyin olması üstünlükdür.

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 10.06.2022-ci il;
  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı və bölgə filialını “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Tibb bacısı

Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

14.11.2024 - Hacıqabul

400 — 600 ₼
Əczaçı

AzəriMed QSC Əczaçı vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

05.11.2024 - Bakı