Qısa məzmun
Ecomedi Həkim-epidemioloq vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Şirkətdə sanitar-epidemioloji iş rejiminin təşkili və bu iş rejiminə riayət olunmasına nəzarət edilməsi;
- Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması hallarının epidemioloji araşdırılmasını aparılması
- Yoluxucu,kütləvi qeyri-yoluxucu xəstəliklərin yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən tibbi-profilaktik tədbirlərin, dezinfeksiya, dezinseksiya, deratizasiya tədbirlərinin həyata keçirilməsini təmin edilməsi
- Dezinfeksiya, dezinseksiya, deratizasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı dərman preparatlarının hazırlanmasına, həmin dərman preparatlarının effektiv və düzgün tətbiqinə nəzarət edilməsi.
Əsas tələblər:
- Yaş həddi: 28-45
- Ali təhsili (əsasən epidemioloq, sanitar həkim, infeksionist, tibbi bioloq)
- 3 ildən az olmayaraq tibbi-profilaktika sahəsində iş təcrübəsi;
- Azərbaycan (sərbəst şəkildə), rus (orta səviyyə) bilməli;
- Dezinfeksiya, dezinseksiya və deratizasiya sahəsində nəzəri və praktik biliklər;
- Təşkilatçılıq qabiliyyəti;
- İctimaiyyətlə əlaqə qurmaq qabiliyyəti;
- Məsuliyyətli və ünsiyyətcil olmalı;
- Komandada işləmək bacarığı;
- Kompüter bilikləri: Microsoft Office (Microsoft Word, Microsoft Excel,) MS Outlook proqramlarından isifadə bacarıqları.
İş şərtləri:
- Iş qrafiki: I-VI günlər 09:00-dan 18:00-dək, istirahət günü: bazar;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilir;
- Şirkət tərəfindən yanacaq ilə təmin edilir;
- Əmək haqqı müsahibə əsasında müəyyən olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Həkim-epidemioloq” qeyd edərək cv@ecomedi.az ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Tibb bacısı
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...