Qısa məzmun
Respublika Diaqnostika Mərkəzi Həkim-radioloq vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə üzrə öhdəliklər:
- Həkim-radioloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardımın göstərilməsi.
- KT, MRT diaqnostika prosedurların keçirilməsi
Tələblər:
- Ali tibbi təhsil
- Azərbaycan Respublikası Qanunvericiliklə müəyyən edilmiş qaydada “şüa-diaqnostikası” ixtisası üzrə peşə hazırlığı keçməlidir;
- İxtisası üzrə ən azı 3 il əmək stajına malik olmalıdır;
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etməlidir,və həminkursların sertifikatına malik olmalıdır;
- Azərbaycan Respublikasının Səhiyyə haqqında qanunvericiliyinin əsaslarını bilməlidir və digər normativ hüquqi aktları barədə məlumatlı olmalıdır;
Maraqlananlar CV-lərini elektron poçt ünvanına “mövzu” yerində “Həkim-radioloq” qeyd edərək göndərə bilərlər.