Qısa məzmun
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Müxtəlif əməliyyat sistemlərinin (Windows, Linux və s.) yüklənməsi və sazlanması
- Kompüter və şəbəkə avadanlığının diaqnostikası və monitorinqi
- Notebook, PC, printer və digər şəbəkə avadanlıqlarına proqram təminatının yüklənməsi və texniki qulluq edilməsi
- İstifadəçilərdən gələn texniki sorğuların qəbul edilməsi və dəstək göstərilməsi
- LAN və WiFi şəbəkələrinin işləməsinin təmin edilməsi və problemlərin həlli
- Active Directory üzərində istifadəçilərin aktiv edilməsi, mail hesablarının yaradılması və idarə edilməsi
- 1C sistemində istifadəçilərin qoşulmasının təmin edilməsi
- Paylaşılan qovluqlarla (Folder Sharing) işləmək və icazələri idarə etmək
- Ticketing sistemi vasitəsilə texniki məsələlərin idarə edilməsi və həll olunması
- Aylıq hesabatların hazırlanması və təqdim edilməsi
- İT sifarişlərinin 1C sistemində yerləşdirilməsi
Tələblər
- Əməliyyat sistemlərinin quraşdırılması və sazlanması üzrə biliklər
- Kompüter və şəbəkə avadanlıqlarının iş prinsipləri və diaqnostikası üzrə biliklər
- LAN və WiFi şəbəkələrinin qurulması və problemlərinin həlli
- Active Directory ilə işləmə bacarığı
- 1C sistemində istifadəçilərin idarə olunması üzrə biliklər
- Folder Sharing və istifadəçi icazələrinin idarə edilməsi
- Ticketing sistemləri ilə işləmə bacarığı
- Problemlərin həllinə yönəlik analitik düşüncə və operativ qərarvermə qabiliyyəti
- Komandada işləmə və istifadəçilərlə effektiv kommunikasiya bacarığı
Əmək haqqı
- Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılıq əsasında təyin olunacaqdır.
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü;
- İş yeri: Luxen Plaza;
- Korporativ nömrə verilir.
Oxşar vakansiya siyahısı:
800 — 1000 ₼
Elektrik ustası"HİTE PRO" şirkətinə yüksək ixtisaslı elektrik ustaları tələb olunur. ...
Planlama üzrə mütəxəssis
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Smeta üzrə mühəndis
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...