Qısa məzmun
Kalem Yazılım Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. Yalnız oğlan namizədlər müraciət etsin.
Vəzifə öhdəlikləri:
- İstifadəçilərin qəbul olan müraciətlərinin icrasını həyata keçirir;
- Telefon zəngləri və ya şifahi formada daxil olan müraciətlərin icrasını həyata keçirir;
- Şirkətin kompüter və ofis texnikasının mütəmadi profilaktikası və diaqnostikasının keçirilməsi, eləcə də profilaktika və diaqnostika zamanı ortaya çıxan nasazlıqların aradan qaldırılması;
- Yeni kompüterlərin hazırlanması və proqram təminatları ilə təmin edilməsini həyata keçirmək;
- Yeni iş yerlərinin hazırlanması, Cəmiyyətin cari və yeni açılan filiallarının İT infrastrukturun qurulması, kompüter və ofis texnikasının sazlanması;
- İşçi yerlərinə kabellərin çəkilməsi və sonlanmasını həyata keçirir;
- İşçilər tərəfindən istifadə olunan proqram təminatlarında yaranmış suallarını ətraflı cavablandırır;
- Yaranmış texniki problemlər həll olunması ilə bağlı ezamiyyətə getməklə problemlərin yerində həll olunmasını icra edir;
- Departamentin rəhbəri, onun müavinin şifahi və ya yazılı verdiyi tapşırıqları vaxtı-vaxtında icra edir;
Tələblər:
- 1 il iş təcrübəsi;
- İngilis dili (texniki);
- MS Office proqram təminatlarını əla vəziyyətdə bilməli;
- TCP / IP, DHCP və DNS protokolu
- Windows əməliyyat sisteminin quraşdırılması, sazlanması və idarə edilməsi;
- Serverlər haqqında fundamental bilikləri olmalı;
- Şəbəkənin əsaslarına dair minimal nəzəri və praktik bilikləri olmalı;
- Analoq və İP kameraları ilə, DVR və NVR-ların quraşdırılması, sazlanması və idarəetmə bacarığı olmalı;
- Printerlərin və digər periferik qurğularla bağlı proqram səviyyəli nasazlıqlarının aradan qaldırılmasını bacarmalı;
- Analitik düşünmək və problemi qısa zamanda həll etmək bacarığı olmalı;
- Məsafədən idarəetmə proqramları ilə işləmək bacarığı olmalı (remote service);
- Kabellərin sonlandırılmasını bilməli.
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş saatları: 9:00-dan 18:00-dək, (Şənbə 9:00-dan 14:00-dək)
- İş yeri: Baki şəhəri, Nerimanov Metrosu yaxinliginda
- Yalnız oğlan namizədlər müraciət etsin.
- Mənbə: jobsearch.az