Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Avromed Company QSC Hesabatlıq və büdcələmə şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Hesabatlıq və büdcələmə şöbəsinin aparıcı mütəxəssisi:
- Şirkətin funksional vahidlərinin məlumatlarına əsasən büdcə tərtib edir və məlumatların mütamadiliyinə nəzarət edir;
- Təqdim edilən büdcə təqdimatlarının mümkün risklərə məruz qalıb-qalmamaları baxımından yoxlama aparır və şöbə rəhbərini yarana biləcək potensial problemli sahələr barədə məlumatlandırır;
- Məhdudiyyətlərin və nağd pul vəsaitlərinin təhlili əsasında büdcə formalaşması prosesinə nəzarət edir;
- Büdcə modelinin təkmilləşdirilməsinə dair təkliflər edir;
- Hesablaşma və bütövlülük baxımından yaranan nöqsanları öncədən aradan qaldırmaq üçün büdcə modelini nəzərdən keçirir və büdcə rəqəmləri ilə fakitiki mühasibat qeydlərinin fərqlərini analiz edir;
- Hər ay hesabat dövrünün sonunda cari nəticələri büdcə nəticələri ilə müqayisə edir və mühüm yayınmalar barədə şöbə rəhbərini məlumatlandırır;
- Cari maliyyə fəaliyyəti üzrə aylıq və rüblük hesabatların hazırlanmasını təmin edir;
- Mövcud hesabat portfelinin təmin edilməsi və gələcək inkişafı üçün təkliflər verir;
- Səmərəliliyin, proseslərin və məlumatların keyfiyyətinin artırılması yollarını axtarır, təkmilləşdirmə təşəbbüslərinin həyata keçirilməsinə nəzarət edir;
- Bütün hesabatların müəyyən edilən müddətlərə uyğun olaraq hazır olmasını təmin etmək üçün hesabat cədvəllərinin mütəmadi olaraq yenilənməsini təmin edir;
- Şirkətin bütün fəaliyyət sahələrində cari xərclərin azaldılması üzrə təhlillərdə iştirak edir;
- Əməliyyat və maliyyə nəticələrini araşdırır və təkmilləşdirməyə dair tövsiyələrini verir;
- Gəlir və xərclərin təhlilini aparır;
- Bir sıra variantlardan istifadə etməklə biznesin gələcək şəraiti ilə bağlı proqnozlar verir;
- Elektron cədvəllərdən istifadə etməklə maliyyə modellərini tərtib edir;
- Təhlilin nəticələrini ümumiləşdirərək PowerPoint təqdimatlar hazırlayır və nəticələri yuxarı rəhbərliyə bildirir.
Tələblər:
- Maliyyə və ya mühasibatlıq üzrə bakalavr təhsili.
- İşə münasibətdə yüksək fəallıq və məsuliyyət nümayiş etdirmək tələb edilir.
- Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;
- Maliyyə-mühasibat sahəsində minimum 2 il iş təcrübəsi, (Big Four Audit şirkətlərində çalışan mütəxəsislərə üstünlük verilir)
- Maliyyə hesabatlarının hazırlanması üçün 1C, proqramından müvafiq məlumatların təmin edilməsi və düzəlişlərin edilməsi
- Maliyyə fəaliyyətinin təhlili və idarəedilməsi;
- Beynəlxalq mühasibatlıqla bağlı sertifikatların (ACCA ) F2,F3,F7 olması F9 üstünlükdür.
Dil bilikləri:
- Azərbaycan dili – Əla
- İngilis dili – yazı əla, danışıq orta
- Rus dili – tələb deyil, üstünlük verilir.
Peşə bacarıqları:
- Riyazi təfəkkür
- Analitik düşünmə bacarığı və statistik göstəricilərin əldə edilməsi
- Səbir, təmkin və detallara diqqət
- Təzyiq altında işləmək qabiliyyəti
- Güclü problem həlletmə və qərar qəbuletmə bacarıqları;
Maraqlananlar CV-lərini “vacancy@avromed.az” elektron poçt ünvanına 30.01.2020-ci il tarixinədək göndərə bilərlər.
Elektron məktubun mövzu (subject, тема) hissəsində Hesabatlıq və büdcələmə şöbəsinin aparıcı mütəxəssisi yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...