Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Avromed Company QSC Hesabatlıq və büdcələmə şöbəsinin kiçik mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Hesabatlıq və büdcələmə şöbəsinin kiçik mütəxəssisi:
- Şirkətin funksional vahidlərinin məlumatlarına əsasən büdcə tərtib edir və təqdim edilən büdcə təqdimatlarının mümkün risklərə məruz qalıb-qalmamaları baxımından yoxlama aparır və şöbə rəhbərini yarana biləcək potensial problemli sahələr barədə məlumatlandırır;
- Məhdudiyyətlərin və nağd pul vəsaitlərinin təhlili əsasında büdcə formalaşması prosesini təmin edir;
Hesablaşma və bütövlülük baxımından yaranan nöqsanları öncədən aradan qaldırmaq üçün büdcə modelini nəzərdən keçirir; - Cari maliyyə fəaliyyəti üzrə aylıq və rüblük hesabatların hazırlanmasında iştirak edir;
Mövcud hesabat portfelinin təmin edilməsi və gələcək inkişafı üçün səy göstərir; - Səmərəliliyin, proseslərin və məlumatların keyfiyyətinin artırılması yollarını axtarır, təkmilləşdirmə təşəbbüslərinin həyata keçirilməsini təmin edir;
- Şirkətin bütün fəaliyyət sahələrində cari xərclərin azaldılması üzrə təhlillərdə iştirak edir;
- Elektron cədvəllərdən istifadə etməklə maliyyə modellərini tərtibində iştirak edir;
- Təhlilin nəticələrini ümumiləşdirərək PowerPoint təqdimatlar hazırlayır,məlumatların mütəmadiliyini təmin edir.
Tələblər:
- Maliyyə və ya mühasibatlıq üzrə bakalavr təhsili.
- Maliyyə sahəsində minimum 2 il iş təcrübəsi.
- İşə münasibətdə yüksək fəallıq və məsuliyyət nümayiş etdirmək tələb edilir.
- Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;
- Maliyyə hesabatlarının hazırlanması üçün 1C, proqramından müvafiq məlumatların təmin edilməsi;
- Maliyyə fəaliyyətinin təhlili və idarəedilməsi;
Beynəlxalq mühasibatlıqla bağlı sertifikatların (ACCA ) F2,F3 olması F7 üstünlükdür.
Dil bilikləri:
- Azərbaycan –Əla
- İngilis dili – yazı əla, danışıq orta
- Rus – tələb deyil, üstünlük verilir.
Peşə bacarıqları:
- Riyazi təfəkkür
- Analitik düşünmə bacarığı və statistik göstəricilərin əldə edilməsi
- Səbir, təmkin və detallara diqqət
- Təzyiq altında işləmək qabiliyyəti
- Güclü problem həlletmə və qərar qəbuletmə bacarıqları;
Maraqlananlar CV-lərini “vacancy@avromed.az” elektron poçt ünvanına 30.01.2020-ci il tarixinədək göndərə bilərlər.Elektron məktubun mövzu (subject, тема) hissəsində Hesabatlıq və büdcələmə şöbəsinin kiçik mütəxəssisi yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...