Qısa məzmun
PASHA Bank Hesablaşmalar üzrə Kiçik Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Rus dili mütləq, ingilis dili arzu olunandır.
Vəzifənin məqsədi:
- Mərkəzləşdirilmiş arxa ofis kimi müştəri məmnunluğu və loyallığına nail olmasına, eyni zamanda əməliyyat fəaliyyətləri zamanı əlavə xərclərin qarşısını almaq üçün daxili və xarici müştərilərə yüksək səviyyədə xidmət göstərilməsinə, bütün nağdsız əməliyyatların səmərəli, şəffaf və dəqiq icra edilməsinə məsuliyyət daşıyır.
Görəcəyiniz işlər:
- Müvafiq daxili və xarici qayda və prosedurlara uyğun olaraq müştəri əməliyyatları zamanı daxili və xarici müştərilərə dəstəyin göstərilməsi;
- Ödənişlərlə bağlı müştərilərdən və digər şöbələrdən daxil olan sorğuların icra edilməsi;
- Müştəri ödənişlərinin daxili proseslərə, ÇPY və TM siyasətinə, qanunvericiliyin tələbinə uyğun olmasına yoxlanması;
- Müştəri məlumatının yoxlanılması, sənədlərin hazırlanması və bank sistemində icra edilməsi;
Sizdən gözləntimiz:
- Mərkəzi Bankın Təlimatları üzrə biliklər
- Ödənişlərin icrası ilə əlaqədar olan qanunlar üzrə biliklər
- Müştəri yönümlük
- Güclü ünsiyyət bacarığı
- Ən azı bir il Müştəri Xidmətləri sahəsində təcrübə
- Rus dili mütləq, ingilis dili arzu olunan
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi recruitment@pashabank.az ünvanına başlıqda “Hesablaşmalar üzrə Kiçik Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Son müraciət tarixi 30/04/2021.
Oxşar vakansiya siyahısı:
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...