Qısa məzmun
Ateshgah Insurance Company Həyat sığortası üzrə müştərilərə xidmət şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/liej6esph
Təsvir
Əsas vəzifə öhdəlikləri
- Mövcud müştərilərlə iş
- Potensial müştərilərin axtarışını həyata keçirmək
- Potensial müştərilər bazasını tərtib etmək
- Potensial müştərilərlə görüşlərin keçirilməsində müstəqil şəkildə iştirak etmək, müştərilərin tələblərinə uyğun olaraq sığorta proqramlarının təşkil edilməsinə dair məsləhətlər vermək
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
- Şirkətin maraqları çərçivəsində müştərilərlə danışıqlar aparmaq və müştəriləri Şirkətlə əməkdaşlıq etməyə dəvət etmək
- Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək
İş şərtləri
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 – 17:30
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Şirkət tərəfindən korporativ nömrə verilir
- Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
- Əmək haqqı: Müsahibə əsnasında təyin olunacaq
Biz sizə nə təklif edirik?
- Karyera və inkişaf üçün əla fürsətlər
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
- Əmək qanunvericiliyinə uyğun iş şəraiti
- Müasir idarəetmə sistemi və mehriban kollektiv
- Fəaliyyətə əsasən artan əmək haqqı
Tələblər
Namizədə tələblər
- Yaş: 20-35
- Təhsil: Ali
- İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində təcrübəyə üstünlük verilir
- Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), əlavə olaraq Ingilis dili (arzuolunadır)
Şəxsi keyfiyyətlər
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Oxşar vakansiya siyahısı:
700 — 800 ₼
İradların həlli üzrə inzibatçıKontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...