Qısa məzmun
Rifah group Heyətin İdarə Edilməsi Departamentinə Rəhbər vəzifəsi üzrə vakansiya elan edir.
Vəzi̇fə Öhdəli̇kləri̇:
- Şirkət üzrə İnsan Resursları departamentinə aid ARƏM-ə uyğun olaraq bütün növ sənədlərin tərtib edilməsi və icrası (tələb olunan sənədlərin toplanması, işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s).
- Xidmət göstərilən müəssisələrin işçilərini əmək qanunvericiliyinə əsasən işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi,vəzifə dəyişikliyi, mükafatlandırılması ilə bağlı prosedurların yerinə yetirilməsi;
- Əmək qanunvericiliyin tələblərinə əsasən müvaviq əmrlərin hazırlanması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatın aparılması; əmək kitabçalarında müvafiq qeydlərin aparılması;
- Namizədlərin cəlb edilməsi məqsədi ilə bütün şöbələrlə sıx işləyərək, işə qəbul və seçim prosesinin effektiv aparılması;
- İşə qəbul olunmuş əməkdaşların adaptasiya prosesinin icrası;
- İşçilərlə əmək müqavilələrin bağlanması, vəzifə təlimatlarının izahı, iş təsvirlərini hazırlanması
- İstehsalat sahəsində əmək münasibətlərinin tənzimlənməsi və koordinasiyası;
- Biznesin təkamülü üçün müxtəlif fəaliyyətlər arasında kadr ehtiyyatlarının paylaşdırılmasını optimallaşdırmalı;
- Resurslardan səmərəli istifadə və məqsədlərə nail olmaq üçün istifadə olunan siyasətləri, prosedurları və metodları hazırlamalı;
- Müxtəlif texniki, peşəkar və hüquqi məsələlər üzrə yazışmalar aparıb hesabatlar hazırlamalı və təqdim etməli;
- İllik İR büdcəsinin hazırlanmasına yardım etməli;
- İş yerində araşdırmaların aparılması və faktların araşdırılmasında iştirak etmək; həll strategiyalarını tövsiyə etmək və həyata keçirmək;
- Şirkətdə quruculuq işinin aparılması;
Nami̇zədə Tələblər:
- Ali təhsil;
- İnsan resursları sahəsində ən azı 5 il iş təcrübəsi;
- AR Əmək Məcəlləsini, əmək qanunvericiliyini yüksək səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
- Yüksək səviyyədə kompüter bacarıqları (MS Office proqramları)
- 1C proqramında işləmək bacarığı;
- Güclü ünsiyyət və danışıq qabiliyyəti;
- Azərbaycan, Rus dillərini mükəmməl bilməli, İngilis dilini bilməyi arzuolunandır;
- Komandada işləmək bacarığı;
- Təzyiq altında və dəyişkən iş qrafik ilə işləmək bacarığı;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
- İş yeri: Bakı şəh.
- İşin əhatə dairəsi: Ölkə ərazisi üzrə
- İş qrafiki: 6 günlük
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur mövzu sətirində“Heyətin İdarə Edilməsi Departamentinə rəhbər” qeyd edərək CV-lərini elektron poçt ünvanına göndərsinlər.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...