Qısa məzmun
AzProduct HORECA üzrə satış meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və öhdəliklər:
- HoReCa kanalında satış planları və hədəflərinə nail olmaq, həcminin müştəri sayının artırılması və müştəri münasibətlərinin yaxşılaşdırılması istiqamətində işlər görmək;
- Müştərilərin tələbatını öyrənmək, şirkətin məhsulları haqqında ətraflı və doğru məlumat vermək;
- Mövcud müştəri bazası ilə mütəmadi işləmək, rut üzrə müştəriləri daimi ziyarət etmək;
- Müştərilərə zəruri inventar və promosyon materiallarını təqdim etmək;
- Xüsusi müştərilər üzrə satış artırılma istiqamətində təkliflər hazırlamaq;
- Qiymət siyasətinin formalaşdırılması, satışın təhlili və sənədlərin idarə edilməsini təmin etmək;
- Həftəlik və aylıq satış hesabatlarını hazırlamaq;
- Debitor borclarına nəzarət etmək və yığılmasını həyata keçirmək;
- Rəqib şirkətlərin fəaliyyətlərini müşahidə etmək;
- Korporativ formata uyğun olaraq işgüzar yazışmalar və zənglərin aparılması təmin etmək.
Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil
- HoReCa sahəsində iş təcrübəsi 1 ildən 3 ilə qədər (qida sektorunda təcrübəsi olanlara üstünlük verilir).
- Azərbaycan dilini mükəmməl bilməli, rus və ingilis dili arzuolunandır;
- Satış işində təcrübəsinin olması (restoran, otel istiqaməti üzrə satış təcrübəsinin olması arzuolunandır);
- Bakı şəhərinin rayonları və məntəqələrini yaxşı tanımalı;
- HoReCa satış sahəsində bilik və bacarıqların yüksək səviyyədə olmalı;
- İdarəetmə bacarığı və müvəffəqiyyətli şəxsi satış təcrübəsi;
- Strateji qərarlar qəbul etmək və nəticələrə görə məsuliyyət daşımaq;
- Yüksək liderlik və danışıq qabiliyyətinin olması;
- Namizəd öz maşını ilə işləməyə hazır olmalıdır. Şirkət cari yanacaq və cari təmir xərclərini qarşılayır.
- Əmək haqqı fix maaş + satışa bağlı faiz;
- Nahar şirkət tərəfindən verilir.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “HORECA üzrə satış meneceri” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
İnci Group of Companies Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mağaza koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Satış üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys Onlayn Satış üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...