Qısa məzmun
Fairmont Baku Hostes vəzifəsi üzrə vakansiya elan edir. Bu sahədə əvvəlki iş təcrübəsinə malik olmalıdır.
ƏMƏK FUNKSİYALARI:
Qida və İaşə xidmətləri üzrə Hostes aşağıdakı öhdəliklərə görə məsuliyyət daşıyır, lakin öhdəlikləri bununla məhdudlaşmır və fəaliyyəti barədə Restoranlar üzrə Menecerə məruzə edir:
- Qonaqlarımıza mehriban, səmimi və cəzbedici xidmət təqdim etmək.
- Qonaqları mehriban və səmimi bir təbəssümlə qarşılamaq və onları restorana yola salmaq.
- Qonaqlara keyfiyyətli təklif və xidmət etmək üçün Oteldə və ətrafda təklif edilən bütün qida və iaşə sahəsindəki yeniliklər ilə daima tanış olmaq və Qonaqlarımıza nahar seçimində dəstək olmaq.
- Qonaqları oturacaqları stola qədər müşaiyyət etmək və yerləşdirmə zamanı oturacaqları yer barədə fərdi istəklərini qarşılamaq.
- Managing reservations to maximize seatings
- Ofisiantların səmərəli işləmələri üçün stollarda yerləşdirməni strateji baxımdan düzgün qurmaq.
- Hər bir Qonağa fərdi şəkildə münasibət göstərmək.
- Fairmont Xidməti Nizamnaməsinə və xidmət standartlarına ciddi şəkildə riayət etmək.
- Qonaqları adi ilə tanımaq, hər bir Qonağa məxsusi şəkildə davranmaq və onun individual bir şəxs olmasını ona hiss etdirmək.
- Komandanın bir üzvü kimi çalışmaq və ehtiyac olduqda köməyə ehtiyacı olan əməkdaşlara dəstək olmaq.
- İlkin və sonrakı təlimlərdə fəal iştirak etməklə öz sahəsində biliyini və xidmət texnikasını artırmaq.
- İclaslarda və növbə təhvili zamanı danışıqlarda fəal iştirak etmək
- Şöbənin fəaliyətini mükəmməlləşdirmək üçün daima yeni təkliflər etmək.
- Təhlükəsiz bir şəkildə işləmək və sağlamlıq və təhlükəsizlik haqqındakı qaydalara əməl etmək.
- Gözlənilən xidmət nümayiş etdirmək.
- Səliqəli və mütəşəkkil bir iş mühiti yaratmaq.
- Digər mümkün vəzifərlər.
İXTİSAS TƏLƏBLƏRİ:
- Bu sahədə əvvəlki iş təcrübəsinə malik olmaq.
- Qida, şərab və iaşə xidmətləri sahələrinə həvəsli olmaq.
- İngilis, Azərbaycan və ya Türk dillərində yazılı və şifahi şəkildə mükəmməl ünsiyyət qabiliyyətinə malik olmaq.
- Son dərəcə məsuliyyətli və etibarlı bir insan olmaq.
- Diqqətini Qonaqların istəklərinə cəmləmək.
E-mail: aze.careers@fairmont.com
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...