Qısa məzmun
Courtyard by Marriott Baku Hostess vəzifəsi üzrə vakansiya elan edir.
Şöbə: Qida və İçki
Vəzifə: Hostess
Şirkət: Courtyard by Marriott Baku
Ünvan: Füzuli və Ə. Topçubaşov küçələrin kəsişməsi, 300-303
İşin təsviri:
- Hər zaman müştərilərə eksklüziv, səmimi, nəzakətli və peşəkar xidmətlər təqdim etmək.
- Qonaqları qarşılamaq və qəbul etmək.
- Qonaqları masaya müşayiət etmək və menyunu təqdim etmək.
- Müştərinin restoranda olduğu ilk anlarda və daha sonra ona diqqətlə yanaşmaq.
- Müştərilərə xidmətlərin təqdim edilməsi ilə bağlı tövsiyyələr vermək, onları mövcud yemək və içki assortimenti ilə tanış etmək.
- Zal, bar, vitrinlərin və.s tərtibatına nəzarət etmək.
- Zalda təmizliyi və səliqəni təmin etmək.
- Münaqişəli vəziyyətlərin qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görmək.
- Müştərilərin qeyri-qənaətbəxş xidmətlə bağlı iradlarını nəzərdən keçirmək və müvafiq təşkilati-texniki tədbirləri həyata keçirmək.
- Müştərilərə göstərilən xidmətlərdə mövcud çatışmazlıqlar barəsində müdiriyyəti məlumatlandırmaq, onların aradan qaldırılması üçün tədbirlər görmək.
- Digər işçilər və şöbələrlə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək.
Namizədə olan tələblər
- Xidmət sahəsində 1-2 il iş təcrübəsinə malik olmaq;
- Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
- Azərbaycan, İngilis və Rus dillərində şifahi ünsiyyət qabiliyyətinə malik olmaq;
- Komandada işləmək bacarığı, gülərüzlü olmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Hostess” qeyd edərək CV-lərini elektron ünvanına 14.09.2024-dək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...