Housekeeping Supervisor
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Courtyard by Marriott Baku Housekeeping Supervisor vəzifəsi üzrə vakansiya elan edir.

Şöbə: Təsərrüfat
Vəzifə: Təsərrüfat üzrə nəzarətçi
Şirkət: “Courtyard by Marriott Baku” MMC
Ünvan: Füzuli və Ə. Topçubaşov küçələrin kəsişməsi, 300-303

İşin təsviri:

  • Təsərrüfat üzrə menecer ilə birgə işləyərək həftəlik iş qrafiklərini tərtib etmək, həmin qrafiklərin biznes ehtiyaclarını və digər əsas icra göstəricilərini əks etdirdiyinə əmin olmaq.
  • Xidmətçilərə iş öhdəlikləri və tapşırıqları bölüşdürmək.
  • Xidmətçilər tərəfindən görülmüş işlərə dair qonaq otaqlarında və ictimai ərazilərdə yoxlamalar aparmaq.
  • İtən və zədələnən əşyalar haqqında xəbər vermək.
  • İctimai ərazilər, iaşə obyektləri, ofislər, tualetlər və avtomobil dayanacağında yoxlamalar aparmaq.
  • Podratçılar tərəfindən həyata keçirilən işlərin yoxlanılmasını həyata keçirmək.
  • Podratçılar tərəfindən həyata keçirilmiş işlərlə bağlı podratçının nəzarətçisi ilə əlaqə yaratmaq və onları yoxlamaq.
  • Planlaşdırılmış müntəzəm işlərin həyata keçirilməsini təmin etmək.
  • Şirkətin bütün minimal standartlarının həyata keçirilməsini təmin etmək.
  • Xidmətçilərin digər şöbələr ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmələrinə əmin olmaq.

Namizədə olan tələblər

  • Təmizlik şöbəsində Nəzarətçi kimi 1-2 il iş təcrübəsinə malik olmaq;
  • Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
  • Azərbaycan və İngilis dillərində şifahi ünsiyyət qabiliyyətinə malik olmaq;
  • Komandada işləmək bacarığı, gülərüzlü olmaq.

 

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində Housekeeping Supervisor” qeyd edərək CV-lərini careers@courtyardbaku.com elektron ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

500₼
Xadimə

ADORE kompani Xadimə vəzifəsi üzrə vakansiya elan edir. ...

ADORE kompani

22.10.2024 - Bakı