HR Administrator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sinteks Group of Companies HR Administratorvəzifəsi üzrə vakansiya elan edir. Araşdırma bacarıqları olmalıdır.

1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.

SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.

Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda İşə Qəbul üzrə Administrator tələb olunur.

İşin rolu:

  • Bu rol keyfiyyətli və uğurlu işə qəbul prosesinin həyata keçirilməsinə cavabdehdir.

Vəzifə öhdəlikləri:

  • İnsan Resurslarının proses və prosedurları çərçivəsində sənədləşməni aparmaq
  • Daxili əmrlər və arayışları hazırlamaq
  • Elektron Hökümət Portalında lazımi qeydiyyatlar aparmaq
  • Daxili məlumat bazasında sənədləşmə ilə əlaqədar müvafiq qeydiyyatları aparmaq
  • Əmək kitabçalarını sifariş etmək
  • Sosial müavinət ödənişlərini həyata keçmək
  • Əmək haqqı kartı sifarişlərini etmək və yeniləmək
  • İşçilərin icbari sığortalanma prosessini aparmaq
  • Zəruri hesabatları hazırlamaq

İxtisas / Təhsil:

  • Biznesin idarə edilməsi, İnsan Resurslarının idarə edilməsi və ya oxşar sahə üzrə ali təhsil
  • Əmək Məcəlləsi üzrə sertifikat üstünlükür
  • İR İdarə edilməsi sahəsi üzrə müvafiq sertifikatlar arzu olunandır

Təcrübə:

  • İnsan Resurslarının administrasiyası, sənədləşmə üzrə azı 2 il iş təcrübəsi

Bilik və bacarıqlar:

  • Azərbaycan dilini sərbəst, Rus dilini yaxşı və İngilis dilini orta səviyyədə bilmək
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi və Məcəlləsi üzrə bilik
  • Proses və prosedurların hazırlanmasının əsaslarını bilmək
  • Dövlət müəssisələrinə verilən və İR hesabatlarının hazırlanması qaydalarını bilmək
  • MS Ofis: Word, Excel, PowerPoint və s. ilə sərbəst işləmə bacarığı
  • 1C proqramı ilə işləmək bacarığı
  • Elektron Hökümət portalında işləmək bacarığı
  • İnsan Resurslarına aid sistemlərdə işləmək bacarığı üstünlükdür

Kompetensiyalar:

  • Ünsiyyət bacarığı
  • Stressə davamlılıq
  • Proaktivlilik
  • Nəticə yönümlülük
  • Komandada işləmə
  • Araşdırma bacarığı
  • Analitik düşüncə

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruitment@sinteks.com e-mailına, mövzu hissəsində “İnsan Resursları üzrə Administrator” qeyd edib göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı