Qısa məzmun
RAM Holding HR analitik- asistent vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
Mütəxəssislərin nəzarəti altında:
- İş analizləri etmək, müxtəlif metodlarla əməkdaşların iş yükünü hesablamaq
- Strukturların iş yükünü hesablamaq
- Vəzifə dəyərləndirmələri üçün iş funksiyalarının təhlilini etmək, vəzifələri tutan əməkdaşlarla müsahibələr və sorğular keçirmək
- Vəzifələrin tələblərini müəyyən etmək
- Müxtəlif İR sistemlərinin tərtibatında və güncəllənməsində iştirak etmək
- Biznes proseslərin iş axışı ardıcıllıqlarını, şərtlərini və asılılıqlarını təhlil etmək
- İşçi planlaması zamanı təkliflər vermək
- Təşkilati idarəetmə strukturunda dəyişikliklər zərurəti olduqda lazımi araşdırmaları və təhlilləri etmək
Namizədə dair tələblər:
- Ali təhsil (texniki fənnlər, mühəndislik ixtisasları, iqtisadiyyat, statistika, sosiologiya və s.)
- Hesabatvermə və ya analitika və ya planlama sahəsində 1 ilədək iş təcrübəsi
- Yaş aralığı 20 – 30
- Azərbaycan dili – yazı və danışıq mükəmməl, Rus və İngilis dili orta səviyyə
- MS office programları (Word, Excel – Sərbəst statistik hesablamalar edə biləcək səviyyədə)
- Güclü kommunikasiya bacarığı (izah edə bilmə, məlumatı düzgün ötürə bilmə, fikirlərini əsaslandıra bilmə bacarığı)
- Məsuliyyət götürə bilmə və ya gördüyü işin məsuliyyətini dərk etmə bacarığı
- Öz səviyyəsində problemləri həll etmə və ya həlli yolları təklifləri verə bilmə bacarığı
- Dəqiqlik, punktuallıq;
İş şərtləri:
Ünvan: Yasamal r, Mirəli Seyidov 23
Maraqlanan namizədlər mövzu yerində “Analitik asistent” yazmaqla öz CV-lərini göndərə bilərlər.
mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
650₼
İnzibati işlər üzrə kiçik mütəxəssisA - Group Insurance Company İnzibati işlər üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Sənədləşmə üzrə Mütəxəssis
Mətanət A Şirkətlər Qrupu Sənədləşmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
700 — 800 ₼
Koorparativ satış üzrə mütəxəssisAR-METİZ MMC şirkəti şurup istehsalı ilə məşğul olur və hal-hazırda Koorparativ satış üzrə mütəxəssis vakansiyası üzrə bəy və ya xanım işçi axt ...