Qısa məzmun
Mətanət A Şirkətlər Qrupu HR Analitik vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Böyük məlumat bazalarının toplanması, təhlil edilməsi və nəticələrin aydın şəkildə təqdim edilməsi.
- Məlumatların analiz edilməsi, müxtəlif trendlərin, nümunələrin və əlaqələrin aşkar edilməsi.
- Analitik hesabatların və qrafiklərin hazırlanması.
- StemLab üçün biznes qərarlarına dəstək olmaq üçün məlumatların təhlil edilməsi və nəticələrin rəhbərliyə təqdim edilməsi.
- Məlumatların təhlili üçün yeni metodların və alətlərin işlənib hazırlanması və tətbiqi.
- Mövcud məlumat mənbələrinin monitorinqi və keyfiyyətin artırılması.
- Əldə olunan məlumatların düzgünlüyünün və tamlığının təmin edilməsi.
- Məlumatların saxlanması və təhlükəsizliyinin təmin edilməsi.
Tələblər
- Statistik təhlil, Riyaziyyat, İqtisadiyyat, Kompüter Elmləri və ya əlaqəli sahədə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür).
- İş təcrübəsi: 1-3 il
- Analitik düşüncə tərzi, inkişaf etmiş məntiqi təfəkkür;
- Excel, Power BI daxil olmaqla proqram təminatı üzrə biliklər
- Microsoft Sharepoint, Microsoft SQL sahələrindən biri barədə biliklər arzuolunandır;
- Korporativ informasiya sistemləri, xüsusilə elektron sənəd dövriyyəsi, işçi heyətinin idarə olunması sistemləri ilə tanışlıq;
- Məntiqi cəhətdən yoxlanılmış və anlaşılan sənədləri yazma bacarığı;
- Dil bilikləri: Azərbaycan dili – mükəmməl səviyyədə, ingilis dili – arzuolunandır;
- Ünsiyyətcillik, punktuallıq, stressə dözümlülük, məsuliyyətlilik, qarşıya qoyulan vəzifələri müstəqil həlletmə, komandada işləmə bacarığı;
- Öyrənmə bacarığı, inkişaf etməyə və yeni biliklər əldə etməyə meyllilik;
Oxşar vakansiya siyahısı:
İnsan resursları üzrə təcrübəçi (HR intern)
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə kiçik mütəxəssis
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İR üzrə Direktor
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...