Qısa məzmun
GESCO ASC HR Intern vəzifəsi üzrə vakansiya elan edir.
“GESCO” ASC tərəfindən təşkil olunan “Yay təcrübə” proqramına özünü İnsan Resursları sahəsində inkişaf etdirmək istəyən fəal, motivasiyalı gəncləri müraciət etməyə dəvət edirik. Siz bu təcrübə proqramında iştirak etməklə nəzəri biliklərinizi praktikada tətbiq edərək müvəffəqiyyətli karyeranızın ilk addımını ata bilərsiniz.
Namizədə dair tələblər:
- Ali təhsil müəssisələrinin 3 və ya 4-cü kurs tələbələri, magistr tələbələri və 2022-2023-cü il məzunları;
- Yüksək səviyyədə azərbaycan dili biliyi (rus və ingilis dili biliyi isə üstünlükdür);
- Ofis proqramlarında işləmə bacarığı;
- Yüksək analitik düşünmə bacarığı;
- Səlis özünüifadə bacarığı;
- Fərdi və komanda ilə işləmək bacarığı;
- Öyrənməyə və inkişafa yüksək həvəs, təşəbbüskarlıq
İş qrafiki:
- Bazar ertəsi-cümə 09:00-18:00;
- Nahar fasiləsi 13:00-14:00;
- Şənbə və bazar istirahət günləridir
Sizə nə vəd edirik?
- Müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Real iş mühitində təcrübə və tapşırıqlar əsasında praktik vərdişlər əldə etmə imkanı;
- Şəxsi karyera inkişafında menecerin birbaşa dəstəyi;
- “GESCO” ASC peşəkar kollektivinin bir üzvü olma şansı;
- Təcrübə proqramını başa vuran şəxslərin proqramda iştirakla bağlı sertifikatla təmin olunması.
Aşağıda qeyd olunan linkə keçid edərək, müraciətinizi təsdiqləyə bilərsiniz. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət üçün son tarix 31.05.2023-cü il tarixidir.
https://docs.google.com/forms/d/e/1FAIpQLScqqtW65flwV6ukAagZsdcAUV3cqALScjH4i6OdaztJicvskA/viewform
Oxşar vakansiya siyahısı:
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...
Saglam Catering şirkəti İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...