Qısa məzmun
Radius MMC HR Manager vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən qarşılanır.
Tələblər:
- Cins: qadın;
- Yaş: 30-40;
- Ali təhsil (Menecment, Psixologiya və ya İR sahəsində);
- İnsan Resursları sahəsində 5 illik iş təcrübəsi;
- Azərbaycan, rus və ingilis dillərində şifahi və yazılı ünsiyyət bacarığı;
- AR Əmək Qanunvericiliyi üzrə biliklər və Elektron Hökumət portalından sərbəst işləmək bacarığı;
- İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
- MS Office proqramları və 1C sistemində sərbəst işləmək bacarığı;
Şəxsi keyfiyyətlər:
- Səliqəli xarici görünüş, nəzakətli danışıq , intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
- Təşkilati bacarıqlar, ünsiyyətcil və danışıqlar aparmaq bacarığı;
- Operativ və düzgün qərar vermək bacarığı;
- Qərarlarının məsuliyyətini daşımaq bacarığı;
- Empati və emosional bağ qura bilmək bacarığı;
- İstənilən mürəkkəblikdə olan problemlərin effektiv həllini tapmaq bacarığı;
- İstənilən vəziyyətdə müsbət düşüncə bacarığı;
- İşçilərə sosial və psixoloji dəstək bacarığı;
Vəzifə öhdəlikləri:
- İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı AR Əmək Məcəlləsinin tələblərinə əməl etmək;
- İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirmək;
- Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin il ərzində məzuniyyətlərini istifadə etməsini təmin etmək;
- E-Gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
- Yeni işçilərin adaptasiya sistemində iştirak etmək;
- İR şöbəsində KPİ və 360 qiymətləndirmə sistemlərini tətbiq etmək;
- Kadrlarla bağlı məşğulluq və digər dövlət orqanları ilə sıx fəaliyyət göstərmək;
- Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını və arxivləşdirilməsini təmin etmək;
- Şirkətin ümumi inkişaf məqsədlərinə uyğun olaraq kadr işinin təşkili;
- Şirkət işçilərinin ixtisaslaşmasının və sertifikatlaşdırılmasının təşkili;
- İşçilərinin əmək münasibətlərinin optimallaşdırılması üzrə işlərin keyfiyyətinə nəzarət;
- İşçilərin daxili nizam-intizam, korporativ davranış qaydalarına və korporativ mədəniyyətə riayət etməsinə nəzarət etmək;
- Kollektivin sosial inkişafının planlaşdırılmasında, əmək mübahisələrinin və münaqişələrin həllində iştirak etmək;
- Bütün filiallar üzrə İR Departamentinin fəaliyyətinə ümumi nəzarət etmək(səlahiyyətlər: ixtisaslı kadrlarla təmin etmək, kadrların planlaşdırılması, kadr uçotunun aparılması, işçi axınının səbəbinin aydınlaşdırılması və s.);
- Şirkətin illik biznes planlarının, ştat cədvəlinin, əmək haqqı qreydlərinin və motivasiya büdcəsinin işlənib hazırlanması prosesində iştirak etmək;
- Şirkətin bütün filiallarında kifayət qədər ixtisaslı, motivasiyalı və sadiq işçi heyətinin formalaşdırılmasını təşkil etmək və nəzarət etmək, qanunvericilik aktlarına və şirkət daxili siyasətinə uyğun olaraq əlverişli iş mühitinin yaradılmasına kömək etmək və kadrların səmərəli işini təşkil etmək;
- Şirkətin iş gedişatının səmərəliliyinə və optimallaşdırılmasına yönəlmiş tədbirləri həyata keçirmək;
Məsuliyyət zonaları:
- Heyətin idarə olunmasında metod və yanaşmaların şirkətin ideologiyası və fəlsəfəsinə uyğun seçmək;
- İşin effektiv təşkili, şirkətin fəlsəfəsinin və ideologiyasının həyata keçirilməsində və yayılmasında maraqlı olan həmfikir şəxslərin yeni tipli idarəetmə komandada formalaşdırmaq- “canlı komanda”;
- Vahid kadr idarəçilik sisteminə (səmərəlilik, personalın cəlb olunması və inkişafı, işçilərin məmnuniyyəti) nail olmaq;
- Korporativ mədəniyyətin formalaşmasında təşəbbüs göstərmək;
- İR alətləri və prosesləri vasitəsilə personalı effektiv idarə etmək və rotasiyasını təşkil etmək;
- Rəhbərlər və əməkdaşlar üçün daxili məsləhətləşmə: İR və təlim sahəsində ekspertiza, kouçinq və mentorluq;
- İş görüşmələrində şirkətin tanınmasının, şirkətin təklif etdiyi ideya və formatların cəlbediciliyinin artırılmasına yönəlmiş fəaliyyətə nəzarət etmək;
Şərtlər:
- İş saatı : 09:00-18:00
- İş rejimi: həftənin 6 günü, istirahət günü-bazar
- Nahar şirkət tərəfindən verilir
- İş yeri: Badamdar q., Mikayıl Müşfiq 2A
- Əmək haqqı: 1400 AZN
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...