Qısa məzmun
Ə/h razılaşma yolu ilə. CBM Engineering LLC HR manager vəzifəsi üzrə vakansiya elan edir. İnnovativlik və yaradıcılıq bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
- Şirkətin İnsan resursları şöbəsinin İR strategiyasının hazırlanması və ona uyğun idarə edilməsi;
- İnsan resurslarının planlaşdırılması və idarəedilməsi;
- Şirkət daxilində yaranan işçi ehtiyaclarının vaxtında və effektiv qarşılanmasının təmin olunması;
- İşçi axınının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi;
- Müntəzəm olaraq şirkətin bütün struktur bölmələrində iş analizlərinin aparılmasını təmin etmək;
- Bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasının təmin olunması;
- Müntəzəm olaraq əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
- İnsan resursları şöbəsinin keçirdiyi sorğulara və fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması;
- Ehtiyaclara əsasən təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi;
- Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
- İnsan resursları sisteminin inkişaf prosesinə nəzarət, potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması;
- Rəhbərliyə aylıq, rüblük və illik olaraq müvafiq hesabatların hazırlanması və təqdim edilməsi.
Bilməlidir:
- Əmək qanunvericiliyi ilə bağlı mükəmməl bilik və iş təcrübəsi;
- Azərbaycan dilində səlis, ingilis və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət qabiliyyəti;
- MS Word, MS Excel, MS PowerPoint, MS Outlook proqramlarında sərbəst iş qabiliyyəti;
- Yüksək idarəetmə və ünsiyyət qabiliyyəti;
- Analitik təhlil bacarığı və qərar qəbuletmə qabiliyyəti;
- İnnovativlik və yaradıcılıq bacarığı;
- Vaxtın səmərəli idarə olunması bacarığı;
- İR Departamentinin fəaliyyət istiqamətləri və funksiyaları haqqında biliklər.
İş şəraiti:
- 5 günlük iş rejimi
- Simkart ilə təmin olunur
- Əmək haqqı müsahibə zamani təyin ediləcək (namizədə görə dəyişir)
Namizədlərdən mövzu yerində “İR üzrə menecer” qeyd edərək recruitment@cbmes.com elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...