HR Manager
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ikma HR Manager vəzifəsi üzrə vakansiya elan edir.

HR Manager

2005-ci ildə əsası qoyulan IKMA şirkəti Azərbaycan və Gürcüstan bazarında ən böyük və uğurlu lift şirkətlərindən biridir. İKMA Finlandiya markası olan və sahəsi üzrə dünyanın ilk 3 – lüyündə yer alan KONE brendinin 15 ildən artıq bir müddətdə rəsmi distribyutorudur. Belə ki, Respublikamızda dövlət əhəmiyyətli müəssisələr, ticarət və iş mərkəzləri, premium yaşayış komplekslərindəki avadanlıqlar İKMA şirkətinin peşəkar işçi heyəti tərəfindən təchiz edilib.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə İKMA komandasının fəal üzvü kimi şirkətin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (Biznesin idarəedilməsi, İnsan Resursları, Sənayenin təşkili);
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • İşçi heyətinin Planlaması, İşə Qəbul, Əmək Fəaliyyətinin Qiymətləndirilməsi, Motivasiya və Təlim Sistemlərinin qurulması üzrə iş təcrübəsi;
  • Analitik təhlil qabiliyyəti;
  • Yaradıcı, yenilikçi və inkişafa açıq, yüksək ünsiyyət bacarığı və təqdimetmə bacarığı,
  • Aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə),
  • Məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi,məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı)

Görəcəyiniz işlər:

  • İnsan Resurslarının idarə olunması proqramını tərtib etmək və müəyyən olunmuş planı şirkət daxilində icra etmək;
  • İşçiləri motivasiya və demotivasiya edən amilləri araşdırmaq və motivasiya proqramları hazırlamaq;
  • Müvafiq vakansiyalar üzrə yeni namizədlərin seçilməsi, müsahibələrin aparılması, müasir qiymətləndirmə metodları ilə namizədlərin qiymətləndirilməsi prosesini təşkil və icra etmək;
  • İşə qəbul olunan yeni əməkdaşların istiqamətləndirilməsi, adaptasiya olunmaları üçün dəstəyin göstərilməsi;
  • Şirkətdə işçilərin fərdi inkişaf planının hazırlanması və həyata keçirilməsini təmin etmək;
  • Yüksək potensialı olan işçilərin aşkar edilməsi və onların stimullaşdırılması ilə bağlı rəhbərliyə təqdimatların verilməsi.

Son müraciət tarixi: 16 mart 2021 – ci il

Əgər bizim axtardığımız uyğun namizəd Sizsinizsə CV-nizi joinus@ikma.com elektron ünvanına göndərə bilərsiniz

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı