Qısa məzmun
Small Medium Enterprises HR üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir
İş barədə məlumat:
Avropa Yenidənqurma və İnkişafı Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”-nın akkreditasiyasını almış «Small & Medium Enterprises» MMC 30 ildir ki mühasibat xidməti, biznes plan və investisiya layihələrinin tərtibi, şirkət təsisi və qeydiyyatı, marketinq və bazar araşdırılması, iqtisadı-hüquqi və qiymətləndirmə sahələrində sahibkarlara konsaltinq xidməti göstərir. (web: https://smeltd.az/ )
- SME şirkətinin öz sahəsində daim inkişaf etməsi üçün istedadlı işçilərin seçilməsi, təlimləndirilməsi və dinamik inkişafı kadr siyasətimizin əsas məqsədidir.
- SME şirkətində çalısmaq Azərbaycanın ən dinamik və perspektivli konsaltinq şirkətlərinin birində öz karyerasını praktiki olaraq sıfırdan qurmaq üçün şans əldə etmək deməkdir.
- İş saatları: bazar ertəsi – cümə (09:00-dan 18:00-dək) şənbə (10:00-dan 14:00-dək)
- Ünvan: Yasamal rayonu, Akim Abbasov Küçəsi 1-C
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
- Şirkət fəaliyyəti; mühasibatlıq və maliyyə, HR və hüquqi xidmətlər
Namizədə tələblər:
- Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi
- MS Office(MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti
- AR Əmək Qanunvericiliyi üzrə biliklər və Elektron Hökumət portalından sərbəst istifadə qabiliyyəti
- İşçi ehtiyacının təmin edilməsi, vakansiyaların elana hazırlanılması və yerləşdirilməsi, CV incələmə, vakansiyalara uyğun namizədlərin axtarışı, seçimi və ilkin müsahibələrin təşkil edilməsi
- Əməkdaşların adaptasiyası prosesinin təşkili
- Elektron sistemə kadr hərəkətinə müvafiq olaraq bildirişlərin daxil edilməsi
- Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi və müvafiq sənədləşmənin təşkil edilməsi
- Əmək haqqı kartlarının sifariş olunması
- Əmək kitabçalarında müvafiq qeydlərin aparılması
- Məzuniyyətlərin rəsmiləşdirilməsi
- Tabellərin hazırlanması
- Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi
- Kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasının təmin edilməsi
- İnsan Resurslarının idarə edilməsi və digər icra edilən işlər ilə əlaqədar rəhbərliyə hesabatların verilməsi
- Dəqiq və məsuliyyətli çalışma bacarığı
Maraqlanan şəxslərdən ” HR mütəxəssis” başlığı altında cv-lərini hr@smeltd.az elektron ünvanına göndərməsi xahiş olunur. Namizəd seçimi yalnız elektron ünvana gələn cv-lər əsasında aparılır.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...