Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Optimal Electronics LLC Hüquq Departamentinin direktoru vəzifəsi üzrə vakansiya elan edir. Rus və İngilis dili bilmək arzuolunandır.
Tələblər:
- Təhsil: Hüquq sahəsində ali təhsil
- İş stajı : hüquq sahəsində ən azı 3 il
- Dil biliyi : Azərbaycan dilində səlit danışmaq/yazmaq; rus və ya ingilis dillərindən birində fikrini sərbəst ifadə etmək bacarığı
- Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
- Hadisələri analiz etmə qabiliyyəti;
- Yüksək ünsiyyət və təqdim etmə bacarıqları.
Əsas vəzifələr:
- Şirkətin fəaliyyəti zamanı meydana çıxan hüquqi məsələlər üzrə rəylər verilməsi işinin təşkili;
- Hüquqi uyğunluq məsələlərinin tənzimlənməsi;
- Qanunvericiliyin tətbiqi ilə bağlı struktur bölmələrinə məsləhətlərin verilməsi işinin təşkili;
- Bağlanılan müqavilələr və onunla bağlı digər sənədlərə hüquqi rəy verilməsi işinin təşkili;
- Cəlb edildiyi məhkəmə mübahisələrində mənafelərin müdafiəsinin təşkili;
- Daxili normativ sənədlərinin hazırlanması, yenilənməsi, saxlanması, biznes proseslərə uyğunlaşdırılması işinin təşkili;
- Qanunvericiliyində meydana çıxan ziddiyyətli məqamlarla bağlı müvafiq dövlət orqanlarına sorğular göndərilməsi işini təşkili;
- Hüquqi məsələlərlə bağlı müvafiq təşkilatlar, qurumlar, hüquqi şəxslər və dövlət orqanları ilə əlaqələrin yaradılması və işin təkmilləşdirilməsi sahəsində işlərin görülməsi;
- Hüquqi təminat və korporativ hüquq funksiyalarına ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi;
- Departamentin əməkdaşları tərəfindən əsas vəzifə və funksiyaların vaxtında və düzgün icra edilməsinə nəzarət edilməsi.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədl əşmə ;
- Həftədə 5 iş günü, 2 gün istirahət;
- Karyera yüksəlişi imkanı;
Qeyd olunan vakansiya ilə bağlı müraciət etmək namizədlər aşağıda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər:
https://jobs.talhunt.az/optimal/470-huquq+departamentinin+direktoru
Son tarix: 30.03.2021