Qısa məzmun
Xalq Bank İdarəetmə orqanları ilə iş şöbəsinin hüquq məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/m4uzi5g9xk
Təsvir
- · Müşahidə Şurası və İdarə Heyəti iclaslarının gündəliyinin yoxlanılması/Protokollarının hazırlanması;
- · Əmr, Sərəncam, Etibarnamə və digər inzibati sənədlərin hazırlanması;
- · İdarəetmə orqanlarının işinin əlaqələndirilməsi;
- · İdarəetmə orqanlarının səlahiyyət bölgülərinin vaxtaşırı təhlili;
- · Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin bankdaxili normativ aktlar, zəruri informasiya və hesabatlarla təmin edilməsi;
- · Bank əməkdaşlarına elektron imza sertifikatlarının alınması və müddətlərinin izlənilməsi;
- · Kredit, təminat və digər müqavilə şablonlarının təsdiqi və uçotunun aparılması və s.
Tələblər
- · Hüquq sahəsində ali magistr təhsilinin olması;
- · Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- · Korporativ idarəetmə/korporativ katiblik və ya əlaqəli sahələrdə iş təcrübəsinin olması arzuolunandır;
- · Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
- · Bank fəaliyyətini tənzimləyən qanunvericilik bazası və maliyyə bazarlarına nəzarət orqanının normativ aktlarını bilməsi;
- · Kargüzarlıq işinin əsaslarını bilməsi;
- · Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi;
- · Azərbaycan dilini mükəmməl səviyyədə bilməsi;
- · Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- · İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
- · İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- · Ofis proqramlarında işləmək bacarığı.