Hüquqi məsələləri üzrə məsləhətçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azerbaijan Poultry Company Hüquqi məsələləri üzrə məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.

Vakansiya haqqında məlumat:

  • Şirkətin qanunauyğun fəaliyyətini təmin edən hüquqi qaydaların və proseduraların işlənib hazırlanması;
  • Hakimiyyət dairələri və tənzimləyici orqanlarla əlaqələrin saxlanması;
  • Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
  • Hüquqi  sənədlərin hazırlanması və qanunvericiliyə uyğunluğunun yoxlanması;
  • Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək
  • Hüquqi rəylərin hazırlanması və məsləhətlərin verilməsi;
  • Hüquqi  sənədlərin qeydiyyat sistemini yaratmaq və hüquqi sənədlərin və aktların təhlükəsiz saxlanmasını təmin etmək;
  • Şirkətin fəaliyyətinin hüquqi məsələlərində Hüquq şöbəsinin müdirinin göstəriş və tapşırıqlarını vaxtında yerinə yetirmək;
  • Şirkətin məhkəmə işlərinin aparılması və məhkəmə qərarlarının icrasının təqib edilməsi, o cümlədən iddiaların, ərizələrin, vəsatətlərin və s. sənədlərin hazırlanması, məhkəmə qərarlarından şikayətlərin verilməsi, məhkəmədə təmsilçilik, məhkəmə qərarlarının icraı ilə əlaqədar icra orqanları ilə ünsiyyətin saxlanması

Məsuliyyət:

  • Bu vəzifə təlimatı ilə ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə, hüquqa zidd hərəkət və ya hərəkətsizliyi nəticəsində istehsalata dəymiş zərərə görə Azərbaycan Respublikasının əmək və mülki qanunvericiliyinin tələbləri hüdudunda;
  • Öz vəzifələrinin icrası prosesində yol verdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının əmək, inzibati, mülki və cinayət qanunvericiliyi hüdudunda.

Hüquqları:

  • Onun fəaliyyəti ilə bağlı müəssisənin rəhbərliyinin qərar layihələri ilə tanış olmaq;
  • Bu vəzifə təlimatı ilə nəzərdə tutulmuş hüquq və vəzifə ilə bağlı işlərin təkmilləşdirilməsinə dair təkliflər vermək.

Vəzifəyə dair tələblər:

  • Ali hüquq təhsili;
  • 1-3 il müvafiq sahə üzrə iş təcrübəsi ;
  • İngilis dili biliyi arzuolunandir;
  • MS Office proqramlarından istifadə qabiliyəti;
  • Nizam-intizamlı, məsuliyyətli, stressə davamlı;
  • Komanda şəklində işləmək bacarığı;

Vakansiyaya uyğun olan namizədlər CV-lərini mövzuda Hüquqi məsələlər üzrə məsləhətçi yazaraq göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...