Qısa məzmun
Rabitəbank ASC Hüquqi şəxslər üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir.
“Rabitəbank” ASC Bakı filialları üzrə Hüquqi şəxslər üzrə əməliyyatçı vəzifəsi üzrə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:
- ARMB-nın, bankdaxili prosedur və qaydalara əsasən və Hüquqi şəxslərə yüksək səviyyədə xidmət göstərmək;
- Bank məhsulu və xidmət satışını həyata keçirtmək;
- Vergi, məhkəmə, DSMF və digər icra orqanlarının sərəncamlarının icrasını təmin etmək.
Namizədə olan tələblər:
- Ali təhsil (iqtisadi olması arzuolunandır);
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməsi (İngilis dili arzu olunandır);
- Analitik düşünmə qabiliyyəti;
- Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarığı;
- MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hüquqi şəxslər üzrə əməliyyatçı” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33