Qısa məzmun
Ə/h 1200-1500 AZN. Bank Avrasiya ASC Hüquqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Korporativ davranış normalarını bilməlidir.
İş barədə məlumat:
- Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Bankı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi
- Bank tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, banka qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması
- Bank tərəfindən bağlanması nəzərdə tutulan və Hüquq Departamentinə viza qoyulması üçün təqdim edilən müqavilələr üzrə hüquqi rəylərin verilməsi
- Bankın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq bankdaxili normativ sənədlərin layihələrinin hazırlanması, bankın digər struktur bölmələrinə bankdaxili normativ və digər sənədlərin hazırlanmasında yardım edilməsi, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi
- İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək
- İş vaxtı – həftədə 5 gün, 09.00-dan 18.00-dək
Namizədə tələblər:
- Ali hüquqi təhsil
- Bankda hüquq sahəsi üzrə ən az 2 il iş təcrübəsi
- Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi
- Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarını bilməsi
- Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək)
- İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti
- MS Office proqramlarından istifadə bacarığı
- Bankda hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan şəxslərə üstünlük veriləcək
- Korporativ davranış normalarını bilmək
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı