Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 900-1000 AZN. Avirtel MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Müvafiq sahədə ən azı 3 illik əmək staji olmalıdır.

İş barədə məlumat:

  • Müqavilə və digər hüquqi sənədlərin hazırlanması, mövcud hüquqi sənədlərin nəzərdən keçirilməsi, onlara düzəlişlərin edilməsi
  • Hüquqi araşdırmaların aparılması
  • Hüquqi sənədlər bazasının yaradılması, təsnif edilməsi, arxivləşdirilməsi
  • Əməkdaşlıq üzrə danışıqlarda iştirak, müvafiq hüquqi sənədlərin hazırlanması və əlaqədar proseslərin izlənilməsi
  • Şirkətin müvafiq qanunvericiliyə tam uyğun fəaliyyətinin təmin edilməsinə nəzarət
  • Şirkəti məhkəmə orqanları qarşısında təmsil etmək

İş Şərtləri:

  • Həftədə 5 iş günü
  • İş saatları: 09:00-dan 18:00-dək
  • AR Əmək qanunvericiliyinə əsasən rəsmiləşdirmə

Namizədə tələblər:

  • Biznes (korporativ) hüquq ixtisası üzrə ən azı bakalavr dərəcəsi
  • Müvafiq sahədə ən azı 3 illik əmək staji
  • Azərbaycan və ingilis dillərində mükəmməl ünsiyyət və yazı bacarığı. Rus dili arzuolunandır
  • Ofis proqramlarında mükəmməl işləmə bacarığı
  • Əqli mülkiyyət, patent hüququ sahələrində təcrübə arzuolunandır
  • Vəkillər kollegiyasının üzvü olması üstünlükdürGöstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquqşünas” yazaraq vacancy@avirtel.az ünvanına göndərməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...