Qısa məzmun
BOA Agency Hüquqşünas (Məhkəmə qərarlarının icrası ilə bağlı icra tədbirlərinin görülməsi) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkət daxili təlimat, qayda və prosedurların layihələrinin hazırlanmasında iştirak etmək və bu sənədlərin təkmilləşdirilməsi ilə bağlı yeni təkliflər vermək;
- Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı daxili normativ sənədlərin dəyişdirilməsini və ya qüvvəsini itirməsi barədə təkliflər hazırlamaq;
- Qanunvericilik aktlarının və şirkət daxili normativ sənədlərinin uçotunu aparmaq;
- Mülki hüquqi əqdlərin hazırlanmasında iştirak etmək, onların hüquqi ekspertizasını həyata keçirmək və bunların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Cəmiyyətin aidiyyati struktur bölmələrinin işçilərinə etibarnamələr hazırlamaq;
- Şirkətdə daxili hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını həyata keçirmək;
- Təsisçilərin Ümumi Yığıncağının, Rəhbərliyin iclas protokollarını və hüquqi ekspertizasının təşkil etmək;
- Əsasnamələrinin hazırlanmasını həyata keçirilməsinin təşkil etmək.
Vakant vəzifə üzrə tələblər:
- Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
- Müvafiq sahədə ən azı 1 il iş stajı;
- Microsoft Office proqramlarını bilmək;
- Ciddi, məsuliyyətli, perspektivli, səliqəli olmalı;
- Azərbaycan və Rus dilini sərbəst bilmək. (İngilis dillərini bilmək arzuolunandır)
Sizə nə təklif edirik?
- Əlverişli iş mühitində çalışmaq imkanı;
- Karyera və inkişaf perspektivləri.
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
- Əmək haqqı – 500-800 azn
- Əmək müqaviləsi.
- İş qrafiki-tam
- İstirahət günü-həftədə 2 gün (şənbə və bazar)
- İş saatları I-V saat 09:00-dan 18:00-a qədər
Maraqlanan şəxslər öz CV-lərini office@boa.az elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı yazılmalıdır. (012) 431-44-02
Ünvan: Nəsimi rayonu, 4 mkr.,Mir Cəlal küç.36 D