Qısa məzmun
ArchiCO MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Yerli və beynəlxalq Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək və rəy vermək;
- Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
- Məhkəmələrdə və digər orqanlarda şirkəti təmsil etmək;
- Daxil olmuş sorğulara rəy və izahatlar vermək;
- Təşkilat daxilində qanunvericiliyin və korporativ aktları göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
- Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
- Korporativ hüquq fəaliyyət ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyəti struktur bölmələrlə razılaşdırmaq;
- Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;
- Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata keçirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
- Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
- Vəzifəsindən irəli gələn digər tapşırıqları icra etmək.
Vəzifəyə dair tələblər:
- Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi arzuolunandır);
- Hüquq sahəsi üzrə azı 3 il iş təcrübəsinə və yaxud yüksək təhsil göstəricilərinə malik olmaq;
- Mülki, mülki-prosessual, İnzibati, inzibati-prosessual, həmçinin tikinti üzrə qanunvericiliyini bilmək;
- Regionlara səfər etmək imkanına malik olmaq;
- Microsoft və ofis proqramlarını bilmək;
- Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.
CV-lərinizi e-mail ünvanına “Hüquqşünas” başlığı ilə göndərməyiniz xahiş olunur.
Mənbə: jobsearch.az