Qısa məzmun
Varidat Consulting Company Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Hüquqi sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi;
- Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
- Müqavilələrin hazırlanması, müqavilələrə dair hüquqi rəylərin verilməsi;
- Struktur bölmələrin iş fəaliyyətində meydana çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll edilməsi;
- Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
- Protokolların aparılması, hazırlanması;
- Məhkəmə və digər orqanlarına sənədlərin hazırlanması və təqdim edilməsi;
- Məhkəmədə və digər orqanlarda şirkətin adından çıxış edilməsi;
- Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması və s.
Davranış səriştələri:
- Analitik düşüncə qabiliyyəti
- Detallara diqqət
- Qərar vermə
- Yazı qabiliyyəti
- Fikrini səlis şəkildə ifadə etmək
Vakant vəzifə üzrə tələblər:
- Ali hüquqi təhsil;
- Azərbaycan dilində mükəmməl yazmaq, oxumaq və səlis nitq bacarığının olması, Rus dili və İngilis dili biliyi üstünlükdür;
- Ofis proqramlarında sərbəst işləmək bacarığının olması;
- Hüquq sahəsində minimum 3 illik iş təcrübəsi.
- Əmək haqqı: Əmək haqqı razılaşma əsasında namizədin nəzəri biliyinə və aidiyyatı sahə üzrə təcrübəsinə əsasən müəyyən olunacaqdır.
- Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
- QEYD: Məktubun “mövzu” hissəsində müraciət edilən vəzifə adının “Hüquqşünas” şəklində göstərilməsi xahiş edilir əks təqdirdə, müraciət diqqətdən yayına bilər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Mənbə: jobsearch.az