Qısa məzmun
Mr.Fix tikinti kimyəviləri Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Şirkəti dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək
- Şirkətin tərəf kimi iştirak etdiyi məhkəmələrdə nümayəndə kimi iştirak etmək, məhkəmə sənədlərini hazırlamaq
- Təşkilatın struktur bölmələrinə hüquqi məsləhət və dəstək verilmək
- Müqavilələr və digər hüquqi məsələlərlə bağlı uyğunsuzluqların aşkar edilməsi və həlli yollarının təklifi
- Qanunvericilikdə baş vermiş dəyişiklər barədə əməkdaşları və şirkət rəhbərliyini məlumatlandırmaq
- Müəssisə, təşkilat, hüquqi və fiziki şəxslərlə müqavilələrin hazırlanmasında və bağlanmasında iştirak etməli, onların icrasına nəzarət etməlidir
- Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmalı, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər verməlidir
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanmasını həyata keçirməlidir
- Təşkilatın fəaliyyətinin müvafiq qanunvericilik aktlarına uyğunluğunu təmin etməlidir
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etməlidir
- Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməlidir
- İş saatı: 08.30-dan 17.30-dək
Namizədə tələblər:
- Ali hüquq təhsili
- Azərbaycan, Rus dili biliyi
- 3 ildən artıq iş təcrübəsi
- Mülki, əmək, inzibati və prosessual hüququ bilməli-
- Məhkəmə proseslərində iştirak təcrübəsi
- Hüquqi nitq və yazışma qabiliyyəti
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq