Qısa məzmun
Push30 Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Yerli və beynəlxalq Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək və rəy vermək;
- Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
- Daxil olmuş sorğulara rəy və izahatlar vermək;
- Təşkilat daxilində qanunvericiliyin və korporativ aktları göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
- Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
- Korporativ hüquq fəaliyyət ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyəti struktur bölmələrlə razılaşdırmaq;
- Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;
- Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata keçirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
- Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
- Vəzifəsindən irəli gələn digər tapşırıqları icra etmək.
Vəzifəyə dair tələblər:
- Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi arzuolunandır)
- Hüquq sahəsi üzrə azı 2 il iş təcrübəsinə və yaxud yüksək təhsil göstəricilərinə malik olmaq;
- Microsoft və ofis proqramlarını bilmək;
- Dil biliyi (İngilis dili məcburi)
- Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.
İş şəraiti:
- Həftənin 5 günü, saat 09:00-dan 18:00-a kimi
- Port Baku Residence yaxınlığında ofis (Üzeyir Hacıbəyov küç 57)
- Sürətli iş mühiti
- Gənc komanda
Əgər tələblərimizə cavab verirsinizsə və bu vəzifə ilə maraqlanırsınızsa, CV-nizi farhan.aliyev@p30.az ünvanına göndərin.