Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Varidat Consulting Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Protokolların aparılması, hazırlanması tələb olunur.

Vəzifə öhdəlikləri:

  • Hüquqi sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi;
  • Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
  • Müqavilələrin hazırlanması, müqavilələrə dair hüquqi rəylərin verilməsi;
  • Struktur bölmələrin iş fəaliyyətində meydana çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll edilməsi;
  • Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
  • Protokolların aparılması, hazırlanması;
  • Məhkəmə və digər orqanlarına sənədlərin hazırlanması və təqdim edilməsi;
  • Məhkəmədə və digər orqanlarda şirkətin adından çıxış edilməsi;
  • Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması və s.

Davranış səriştələri:

  • Analitik düşüncə qabiliyyəti
  • Detallara diqqət
  • Qərar vermə
  • Yazı qabiliyyəti
  • Fikrini səlis şəkildə ifadə etmək

Vakant vəzifə üzrə tələblər:

  • Ali hüquqi təhsil;
  • Azərbaycan dilində mükəmməl yazmaq, oxumaq və səlis nitq bacarığının olması, Rus dili və İngilis dili biliyi üstünlükdür;
  • Ofis proqramlarında sərbəst işləmək bacarığının olması;
  • Hüquq sahəsində minimum 3 illik iş təcrübəsi.

Əmək haqqı: Əmək haqqı razılaşma əsasında namizədin nəzəri biliyinə və aidiyyatı sahə üzrə təcrübəsinə əsasən müəyyən olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@varidat.az elektron ünvanına göndərə bilərlər.

QEYD: Məktubun “mövzu” hissəsində müraciət edilən vəzifə adının “Hüquqşünas” şəklində göstərilməsi xahiş edilir əks təqdirdə, müraciət diqqətdən yayına bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...