Qısa məzmun
NANT MMC şirkəti Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Şirkətin bağladığı müqavilələrin ilkin hüquqi ekspertizasını həyata keçirmək
- Korporativ idarəetmə məsələləri ilə bağlı işlərin həyata keçirilməsi, sənədlərin hazırlanması, onların səlahiyyətli dövlət orqanında qeydiyyatının təmin edilməsi
- Təşkilatın struktur bölmələrinə hüquqi məsləhət və dəstək verilmək
- Şirkəti dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək
- Şirkətin tərəf kimi iştirak etdiyi məhkəmələrdə nümayəndə kimi iştirak etmək, məhkəmə sənədlərini hazırlamaq
- Müqavilələr və digər hüquqi məsələlərlə bağlı uyğunsuzluqların aşkar edilməsi və həlli yollarının təklifi
- Təşkilatın fəaliyyətinin müvafiq qanunvericilik aktlarına uyğunluğunu təmin etmək
- Qanunvericilikdə baş vermiş dəyişiklər barədə əməkdaşların və şirkət rəhbərliyin məlumatlandırmaq
- Müqavilə üzrə öhdəlikləri və borcları tələb edilmək (debitor / kreditorlarla işin aparılması)
- Rəhbərlik tərəfindən verilən tapşırıqlara müvafiq olaraq daxili normativ sənədlərin layihələrinin hazırlanması, digər struktur bölmələrinə daxili normativ və digər sənədlərin hazırlanmasında köməklik göstərilməsi, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi
- İş qrafiki: 09:00-dan 18:00-dək (5 günlük iş qrafiki)
- İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir
Namizədə tələblər:
- Ali təhsil
- Korporativ hüquq üzrə minimum 3 il iş stajı
- MS Word, MS Excel və MS Outlook proqramları üzrə biliklər zəruridir
- Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməli
- Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilmək
- Kargüzarlıq işinin əsaslarını bilməli
- Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməli
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini sabina.gadirova@nant.az elektron ünvanına, mövzu hissəsində “Hüquqşünas” qeyd edərək göndərə bilərlər.