Qısa məzmun
BOA Agency Hüquqşünas (Məhkəmə qərarlarının icrası ilə bağlı icra tədbirlərinin görülməsi) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İcra işləri üzrə hüquqşünas və ya mütəxəssis (Məhkəmə qərarlarının icrası ilə bağlı icra tədbirlərinin görülməsi)
- Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi
- Öz bacarıqları daxilində PKİ Departamentinin Rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq
- Problemli borclar üzrə yığımın təşkili və yığım prosesinin davamlığının təmin edilməsi
- Məhkəmə qərarlarının icra edilməsinə nəzarət və dəstəyin verilməsi
- İcra mərhələsində ərizə və vəsatətlərin aidiyyəti üzrə təqdim edilməsi və müraciətin icra edilməsinin təmin edilməsi
- İcra İşləri Şöbəsinin Rəhbəri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək
- Qərarlarının icrasının təmin edilməsi üzrə işlər görülməsi, icra məmurları ilə mütəmadi olaraq əlaqə saxlanılması, icraatda olan işlərin cari vəziyyəti ilə əlaqədar məlumatların alınması, icra hərəkətlərinin aparılmasının təmin edilməsi
- Borclulara qarşı ödəniş məqsədi ilə məcburi icra tədbirlərinin görülməsinin təmin edilməsi, borcluların əmək haqqına yönəldilməsi, borclularla ödənişin təmin edilməsi üçün müvafiq danışıqların aparılması;
Vakant vəzifə üzrə tələblər:
- Ali hüquqi təhsili olan müvafiq iş sahəsində 2-3 il iş təcrübəsi olmalı və yaxud Ali hüquqi təhsili olmayan məhkəmə qərarlarının icrası sahəsində və ya İcra Şöbələrində 3 il iş təcrübəsi olmalı
- AR Mülkü məcəlləsini bilməli
- Ofis proqramlarında işləmə bacarığı (Word, Excell və.s)
- Kollektivdə işləmə qabiliyyəti olmalı
- Müqavilələrlə işləmə bacarığı
- Şirkətdaxili nizam-intizam qaydalarına riayət etməli
- Azərbaycan dilində sərbəst (rus dili arzuolunandır)
Sizə nə təklif edirik?
- Əlverişli iş mühitində çalışmaq imkanı;
- Karyera və inkişaf perspektivləri.
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
- Əmək haqqı – 400-500 azn (+bonus)
- Əmək müqaviləsi.
- – İş qrafiki-tam
- – İstirahət günü-həftədə 2 gün
- – İş saatları I-V saat 09:00-dan 18:00-a qədər
Maraqlanan şəxslər öz CV-lərini office@boa.az elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı yazılmalıdır. (012) 431-44-02
Ünvan: Nəsimi rayonu, 4 mkr.,Mir Cəlal küç.36 D