Qısa məzmun
Kontakt Home Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Hüquq-mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır.
Müraciət üçün linkə daxil olun: https://qlor.me/l2io2byb
Təsvir
- Məhkəmələrlə işin təşkili və icra edilməsi;
- Hüquq-mühafizə orqanları ilə işin təşkili və icra edilməsi, inzibati xəta və cinayət xarakterli araşdırmaların nəzarətdə saxlanılması və mütəmadi olaraq təqib edilməsi;
- İnzibati orqanlarla işin təşkil və icra edilməsi;
- İnzibati orqanlardan daxil olan sorğuların, vəkil sorğularının, informasiya sorğularının, vətəndaş müraciətlərinin araşdırılması və vaxtında cavablandırılması;
- Müəssisənin zərər gördüyü inzibati xətalar və cinayət işlərində müəssisənin təmsil edilməsi, hüquqlarının müdafiə edilməsi;
- Zərurət olduqda vətəndaşların qəbulunun həyata keçirilməsi;
- Bəzi kateqoriya əqdlərin hazırlanması, belə əqdlərə hüquqi rəylərin verilməsi;
- Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll edilməsi;
- Aidiyyəti məsələlərə dair hüquqi rəylərin hazırlanması, müxtəlif arayış və sənədlərə hüquqi rəy verilməsi;
- Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazrılanması, həmin orqanlarda müəssisənin öz səlahiyyətləri çərçivəsində təmsil edilməsi;
- İşçilərdən izahatların alınması, daxili audit araşdırmasına hüquqi dəstəyin verilməsi;
- Rəhbərinin qanuni göstərişlərinin icra edilməsi, fəaliyyəti ilə bağlı tabeliyində olduğu rəhbərinə mütəmadi olaraq hesabatların verilməsi.
Tələblər
- Ali hüquq təhsili;
- Minimum 3 il iş təcrübəsi;
- Hüquq-mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır;
- Məhkəmə təcrübəsi;
- Vətəndaşlarla işləmək bacarığı və təcrübəsi;
- İnzibati və cinayət hüquq sahələrində dərin biliklər;
- Mülki hüquq sahəsində biliklər arzu olunandır;
- Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
- Məsuliyyətlilik, aktivlik və çeviklik;
- Hüquqi araşdırma qabiliyyəti.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- Iş saatı: 09:00-18:00.