Qısa məzmun
STP – AH MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Microsoft Office proqramlarını bilməlidir.
Tələblər:
- Ali hüquqi təhsil;
- Minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli; (İngilis dili arzuolunandır);
- Microsoft Office proqramlarını bilməli;
- Məsuliyyətli, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
Görəcəyiniz işlər:
- Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməli;
- Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarını bilməli;
- Müqavilələri hazırlamaq, müqavilələrə hüquqi rəylər vermək;
- Ümumi Yığıncağın və Müşahidə Şurasının iclas protokollarını hazırlamaq;
- Əmrləri, məktubları, arayışları, etibarnamələri, ərizələri və digər hüquqi sənədləri rəsmiləşdirmək;
- Məhkəmələrdə müəssisənin maraqlarının qorunması məqsədi ilə nümayəndəliyi təmin etmək;
- Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
- Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması;
- Direktorun göstərişinə əsasən kontragentlərlə danışıqlarda iştirak etmək;
- Müqavilələri və digər hüquqi sənədləri arxivləşdirmək və s.
Əlavə məlumatlar:
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: 5 günlük qrafik;
- Əmək haqqı razılaşma əsasında;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquqşünas” yazaraq göndərmələri xahiş olunur