Qısa məzmun
Kontakt Home Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Nisyə satış müqavilələrindən irəli gələn məhkəmə mübahisələri üzrə məhkəməyə qədər ilkin sənədləşmə işlərinin aparılması;
- İddia ərizələrinin tərtib edilməsi və məhkəmələrə təqdim edilməsi;
- Məhkəmələrdə şirkətin nümayəndə qismində təmsil edilməsi və nümayəndəlik institutu ilə bağlı bütün səlahiyyətlərin həyata keçirilməsi;
- Məhkəmə aktları əsasında şikayətlərin verilməsi;
- İcraatında olan məhkəmə mübahisələrinin gedişi və nəticəsi barədə mütəmadi olaraq tabeliyində olduğu rəhbərinə yazılı və şifahi hesabatların təqdim edilməsi.
Tələblər
- Ali hüquq təhsili;
- Minimum 3 il iş təcrübəsi (məhkəmə mübahisələri üzrə təcrübə arzu olunandır);
- Məhkəmə sahəsində geniş təcrübə;
- İnzibati və cinayət hüquq sahələrində müəyyən biliklərin olması arzuolunandır;
- Mülki və Mülki prosessual hüquq sahələrində dərin nəzəri və praktiki biliklər;
- Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
- Sürücülük vəsiqəsinin olması üstünlükdür;
- Məsuliyyətlilik, ünsiyyətçilik, stresə davamlılıq və inkişafa meyillilik.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Müraciət üçün linkə daxil olun: https://qlor.me/l521w1k5