Qısa məzmun
BEAT Group Hüquqşünas (Təcrübəçi ) vəzifəsi üzrə vakansiya elan edir.
- “Beat Group” Şirkəti Təcrübəçi Hüquqşünas vakansiyası elan edir!
- Korporativ və kommersiya hüququ üzrə ixtisaslaşmaq istəyirsiniz?
- Praktiki biliklərinizi və peşəkar bacarıqlarınızı təkmilləşdirmək istəyirsiniz?
- Sizin yüksək səviyyədə tədqiqat qabiliyyətiniz varmı və problemlərin həllini asanlıqla tapa bilirsinizmi?
- Hörmətli Gənc, o zaman biz “Beat Group” Ailəsi olaraq Sizə təcrübə keçmək və öz sahəsində peşəkarlarla işləmək fürsətini təklif edirik!
İşin təsviri:
- Yüksək komanda ilə əməkdaşlıq: Bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanı;
- Şəxsi və peşəkar bacarıqlarınızın inkişafı üçün əlverişli mühit,
- Hüquqi sənədlərlə işləmək, mövcud məlumat bazası ilə işləmək, məlumat bazasını qorumaq və təkmilləşdirmək;
- Sənədlərin təhlili, hüquqi araşdırmalar, müqavilələrin, aktların və sərəncamların hazırlanması, sənədlərin ekspertizasında hüquqi iştirak;
- Görüşlərin və təqdimatların təşkili, iştirak;
- Müştərilərlə görüşlərdə iştirak;
- Cəmiyyətin fəaliyyətinə aid məsələlərə dair rəylərin verilməsi prosesində iştirak etmək üçün hüquqi sənədlərin hazırlanması;
- Dövri hesabatların hazırlanması və təqdim edilməsi.
Namizəd üçün tələblər;
- Ali hüquq təhsili (təhsil müəssisələrinin sonuncu kurs tələbələrivə yeni bitirənlər üçün);
- Azərbaycan dilini mükəmməl bilməli, fikrini sərbəst ifadə etməyi və danışmağı bacarmalı;
- Rus və ingilis dillərini əla səviyyədə bilməli;
- Yüksək ünsiyyət bacarıqları və komandada işləmək bacarığı;
- MS Excel, MS Word və Outlook Express proqramlarından istifadə bacarığı
İşində fərqlənən namizədlərə işlə təmin olunması vəd olunur.
Cv-ni 30 İyun 2022-ci il tarixinədək mövzu hissəsinə “Təcrübəçi hüquqşünas” qeyd etməklə tunzala.t@beat.az ünvanına göndərin.