Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

BUTA AGRO Hüquqşünas  vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə haqqında məlumat:

Qüvvədə olan qanunvericiliyin tətbiqi sahəsində yaranan mübahisəli məsələlərin araşdırılması məqsədilə aidiyyəti dövlət orqanlarına sorğuların hazırlanması. Təşkilat daxilində qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə uyğun tətbiq edilməsinə nəzarət edilməsində iştirak edir. Azərbaycan Respublikasının qanunlarını, mülki, inzibati, cinayət qanunvericiliyi, icra haqqında qanunu yüksək səviyyədə bilməli, analitik düşüncə və hüquq sahəsində təhliletmə bacarığına sahib olmalıdır.

Vəzifə öhdəliyi:

  • Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
  • Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
  • Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəylərin verilməsi;
  • Struktur və bölmələrin iş fəaliyyətində orta çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həlli;
  • Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər sənədlərin hazırlanması və məhkəməyə təqdim edilməsi;
  • Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
  • Protokolların hazırlanması;
  • Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
  • Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması;
  • Məhkəmədə və digər dövlət orqanlarında Bankın hüquqi nümayəndəsi kimi təmsilçilik;
  • Yeni məhsullar və xidmətlərlə bağlı hüquqi məsələlərin araşdırılması;
  • Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirtmək və rəy vermək;
  • Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması və s

Bacarıqlar:

  • Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
  • Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
  • İşgüzarlıq;
  • Komandada işləmək bacarığı
  • MS Office proqramlarından (xüsusilə, Excel, Word, PowerPoit istifadə bacarıqları

Tələblər:

  • Ali hüquq təhsili
  • Sahə üzrə 5 il iş təcrübəsi
  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Şifahi və yazılı yüksək nitq(natiqlik) qabiliyyəti;
  • AR-nın mülki (xüsusilə əqdlər, korporativ hüquq daxil olmaqla), inzibati, gömrük, vergi, əmək, valyuta tənzimi, mülki və inzibati prosessual qanunvericiliyini mükəmməl bilməlidir, məhkəmə ,logistika sahəsində nəzəri və praktik biliklərə malik olmalıdır, dövlət orqanları ilə işin qaydalarını bilməlidir;
  • Azərbaycan və rus dili yüksək, ingilis dili orta səviyyədə olmalı;
  • MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı;
  • Məntiqi və hüquqi analiz qabiliyyəti yüksək olmalı;
  • Dürüst və vicdanlı olmalı;

Təminatlar:

  • Əmək haqqı: 1200-1500 AZM
  • Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
  • Peşəkar komanda ilə əmək fəaliyyəti və beynəlxalq təcrübəyə yiyələnmək.
  • Vakansiyaya uyğun namizədlər CV-lərini Hüquqşünas başlığı ilə e-mail ünvanına göndərə bilər.
  • WhatsApp 050-268-45-95

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...