Qısa məzmun
Ə/h 800-1000 AZN. Faraon MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Mülki, əmək,miqrasiya hüququ üzrə qanunverciliyi bilməlidir.
Vəzifə funksiyaları:
- Müqavilələrin hazırlanması və ekspertizasının həyata keçirilməsi;
- Müəssisə daxili əmrlərin, göstərişlərin,hüquqi rəylərin və digər lokal sənədlərin tərtib edilməsi;
- Müəssisənin tərkibinə daxil olan bütün təsərrüfat subyektlərinin qanuni mənafelərinin qorunmasını təmin etmək;
- Müəssisənin mənafeyini məhkəmə orqanlarında, digər idarə, müəssisə və təşkilatlarda, habelə hüquq mühafizə orqanlarında müdafiə etmək;
- Müəssisə rəhbərliyinin hüquqi xarakterli digər göstərişlərinin yerinə yetirmək;
- Məhkəmə işlərinin nəticələrini öyrənmək və ümumiləşdirmək, müqavilələrin bağlanması və icra praktikasını analiz etmək;
- İddiaların hazırlanması və onlara cavab verilməsi məqsədi ilə arayışların, hesabların, izahatların vaxtında təqdim edilməsinə nəzarət etmək.
Tələblər:
- Hüquq sahəsi üzrə ali təhsil;
- MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
- Azərbaycan, rus və ingilis dillərini bilməli;
- İş təcrübəsi min. 3 il;
- Mülki, əmək,miqrasiya hüququ üzrə qanunverciliyi bilməli;
- Məhkəmə proseslərində iştirak təcrübəsi;
- Səlist danışıq qabiliyyəti;
- Ciddi, məsuliyyətli, perspektivli olmalı;
- Yaş həddi 25-40.
Namizədlər cv – lərini hr97.office97@gmail.com elektron ünvanına göndərə bilərlər.