Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Xalq Sigorta Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Ünsiyyət qurmaq və komandada işləmək bacarığı olmalıdır.
Namizədə tələblər:
- Cinsi: Kişi
- Yaş həddi: 24-30
- Təhsili: Ali hüquq təhsili mütləqdir
- İş təcrübəsi: minimum 2 il
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (arzuolunandır)
- Ünsiyyət qurmaq və komandada işləmək bacarığı
- Standart MS Office proqramlarında işləmə bacarıqları (Word, Excel, və s.)
Əsas vəzifə öhdəlikləri:
- Məhkəmə işləri ilə bağlı sənədləri (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlamaq
- Digər sığorta şirkətlərinin subroqasiya tələblərini təhlil edib ödənişin aparılıb və ya aparılmaması barəsində yazılı təkliflər hazırlamaq
- Subroqasiya tələbləri üzrə lazımi materialların hazırlanmasını və məhkəmələrə çatdırılmasını təşkil etmək
- Subroqasiya tələbinin ilkin mərhələdə tənzimləmək
- Məhkəmələrdə, ictimai və dövlət idarələrində şirkətin maraqlarını təmsil etmək
- Sığorta ödənişinin verilməsi barəsində məsələnin həllini tapmaq üçün hüquq-mühafizə və digər orqanlarından lazımi sənədləri almaq
- Müvafiq aidiyyatı orqanlara sorğular göndərmək
- Şöbənin fəaliyyəti barəsində tələb olunan zaman hesabatlar hazırlamaq
İş şərtləri
- İş vaxtı: həftə içi 5 gün / 09:00-dan 18:00 dək
- Şənbə və bazar – istirahət günləri
Xahiş olunur hazırlanmış CV formasını hr@xalqsigorta.az ünvanına göndərəsiniz.