Qısa məzmun
Araz Supermarket Hüquqşünas (Aparıcı Mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil müvafiq sahədə ;
- İş təcrübəsi: minimum 5 il;
- Dil bilikləri (ingilis-dili yaxşı səviyyədə, rus-dili biliyi üstünlükdür);
- MS Office bilikləri;
- Komanda ilə işləmə bacarığı, çevik, hədəfyönümlü.
Vəzifə öhdəlikləri:
- Məhkəmələrdə şirkətin nümayəndə qismində təmsil edilməsi və nümayəndəlik institutu ilə bağlı bütün səlahiyyətlərin həyata keçirilməsi;
- İddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər hüquqi sənədlərin hazırlanması və məhkəməyə göndərilməsi;
- Dövlət orqanlarından, digər şəxs və qurumlardan daxil olan müraciət, ərizə və şikayətlərə baxılması, araşdırılaraq onlara cavab hazırlanması;
- Müvafiq dövlət orqanlarında inzibati xəta haqqında işlərə baxılmasında iştirak edilməsi, qərarlardan şikayət verilməsi, icraatında olan məhkəmə mübahisələrinin və icra proseslərinin gedişi və nəticəsi barədə mütəmadi olaraq tabeliyində olduğu rəhbərinə yazılı və şifahi hesabatların təqdim edilməsi.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti mövcuddur
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Hüquqşünas” (Aparıcı Mütəxəssis) adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.