Qısa məzmun
Proffline Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
İş haqqında məlumat:
- Şirkətin təsis sənədlərində baş vermiş dəyişikliklərin qeydiyyata alınması üçün zəruri sənədləri toplamaq, tərtib etmək, rəsmiləşdirmək və müvafiq qeydiyyat orqanlarına təqdim edilməsini təmin etmək;
- Təşkilatın fəaliyyəti ilə bağlı normativ-hüquqi sənədləri hazırlamaq;
- Struktur vahidlərini təşkilat daxili qayda və əsasnamələrin hazırlanması üçün normativ sənədlərlə təmin etmək;
- Hazırlanmış təşkilat daxili normativ sənədlərin qanuniliyini yoxlamaq və rəy vermək;
- Qanunvericiliyin tətbiqi ilə bağlı mübahisəli məsələlərə dair rəylər hazırlamaq;
- Sənədlərin hazırlanması, hüquqi məsələlərin həlli və digər əlaqəli işlərlə bağlı rəhbərin göstərişlərini yerinə yetirmək;
- Müqavilə işinin aparılması tənzimlənməsində iştirak etmək, prosesin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atmaq;
- Xarici vətəndaşların sənədləri ilə bağlı hüquqi rəy vermək, zəruri sənədləri hazırlamaq və ehtiyac yarandığı halda səfirliklərlə və s. qurumlarla danışıqlar aparmaq;
- Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatları hazırlamaq;
Namizədə aid tələblər:
- Ali hüquqi təhsil;
- Yaş həddi:25-45
- MS Office bilikləri;
- Hüquq üzrə minimum 3-5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsinə dair mükəmməl bilgilər;
- Azərbaycan və rus dillərini əla bilmək.
- Hüquqi sənədləri sərbəst hazırlamalı;
- Ünsiyyətcil və qrup şəklində işləmək qabiliyyətinə, təhlil və analiz etmə bacarığına malik olmalı;
- Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq qabiliyyətinə malik olmalı.
İş qrafiki :
- 6 günlük iş qrafiki (6-cı gün 09:00-14:00)
- Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiyanın adı göstərilməklə hr@proffline.az elektron poçtuna göndərmələri xahiş o