Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Invest AZ QSC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə tələblər:

  • Təhsil : Ali təhsil;
  • İş stajı : müvafiq sahədə ən azı 1 il;
  • Dil biliyi: Azərbaycan dili, İngilis dili-əla, Rus dili-orta;
  • Üstünlük: Maliyyə sahəsində çalışan hüquqşünaslar.

Cəhətlər:

  • Səliqəli görünüş;
  • Məsuliyyətli;
  • Səlist danışıq qabiliyyəti;
  • Komanda ilə işləmə bacarığı;
  • Əməkdaşlıq və keyfiyyət yönümlülük.

Əsas vəzifələr:

  • “Qiymətli Kağızlar haqqında” AR Qanununu, “İnvestisiya fondları haqqında” AR Qanununu, bununla əlaqəli Mərkəzi Bankın qaydalarını bilmək, habelə əlaqəli qanunvericiliyə edilən əlavə və dəyişiklikləri mütəmadi olaraq izləmək, cəmiyyətin aidiyyəti strukturlarını həmin dəyişikliklərlə tanış etmək;
  • Cəmiyyətin adından hüquqi və fiziki şəxslərlə bağlanması nəzərdə tutulan müqavilələri (əlavə və dəyişikliklər daxil olmaqla) hazırlamaq, struktur bölmələrdən daxil olan sənədləri (müxtəlif növ müqavilələr, onların əlavələri, təhvil-təslim aktları) yoxlamaq və hüquqi ekspertizasını aparmaq;
  • Cəmiyyətin bütün struktur bölmələrindən daxil olan hüquqi uyğunluq məsələləri üzrə sorğuları cavablandırmaq;
  • Cəmiyyətin fəaliyyətində meydana çıxan hüquqi məsələlərlə bağlı hüquqi rəy və qiymətləndirməni hazırlamaq, eləcə də qanunvericilikdə meydana çıxan ziddiyyətli məqamlarla bağlı müvafiq dövlət orqanlarına sorğular hazırlamaq və göndərmək;
  • Cəmiyyətin adından etibarnamələr hazırlamaq;
  • Şəxslərdən daxil olmuş şikayətlərin araşdırılması zamanı meydana çıxan hüquqi məsələlərlə bağlı rəylər vermək;
  • Cəmiyyətin adından etibarnamələr hazırlamaq;
  • Maliyyə bazarlarına nəzarət orqanı və ya başqa təşkilatlara göndərilən qanunvericiliyin tələbləri və ya başqa hüquqi məsələlərlə əlaqədar uyğunsuzluqlar barədə məktubların hazırlanmasında iştirak etmək və ya rəy vermək;
  • Maliyyə bazarlarına nəzarət orqanı və digər qurumlardan layihə şəklində daxil olan qanun və digər hüquqi aktlarlarla bağlı təkliflərin hazırlanmasında və rəy verilməsində iştirak etmək;
  • Filial və nümayəndəliklərin açılması ilə bağlı tələb olunan sənədləri hazırlamaq və müvafiq dövlət orqanına təqdim etmək;
  • Qiymətli kağızlarının emissiyası ilə bağlı tələb olunan işləri görmək;
  • Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
  • İş saatları: 09:00-18:00;
  • Nahar fasiləsi: 13:00- 14:00;
  • İstirahət günləri: Altı, Bazar;
  • Tibbi sığorta;
  • AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə;
  • Nahar şirkət tərəfindən təqdim edilir.

Diqqət: CV “ Mütəxəssis-Hüquqşünas” başlığı altında göndərilməlidir.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...