Qısa məzmun
İnci Group of Companies Hüquqşunas vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə aid tələblər:
- Ali təhsil;
- Sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
- Məsuliyyət, işdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Yüksək yazı və nitq qabiliyyəti.
İş barədə məlumat:
- Şirkətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak edilməsi;
- Şirkətin hüquqi maraqlarının məhkəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə təmsil edilməsi, həmçinin, məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılmasıı
- Müəssisənin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində iştirak və s.
- müvafiq dövlət orqanları ilə danışıqlar aparmaq;
- məhkəmə, dövlət orqanları ilə qarşılıqlı əlaqə (memarlıq və şəhərsalma orqanları; hüquq-mühafizə və inzibati orqanlar);
İş qrafiki:
- İş vaxtı: Həftə içi 5 gün 09:00–dan 18:00 dək;
- Nahar şirkət tərəfindən qarşılanır,
- Korporativ nömrə,
- Ünvan: Bakı şəhəri Məhəllə 2074-2077, Köndələn küç 10, (Ulduz metrosu yaxınlığında)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə ərazini və “Hüquqşunas ” yazaraq hr.inci@inci.az ünvanına göndərmələri xahiş olunur.