Qısa məzmun
Alliance Hüquq Mərkəz Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
İşçinin əmək funksiyaları
- Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, hüquqi ekspertizası və müzakirəsi;
- Müqavilələr və digər hüquqi məsələlərlə bağlı uyğunsuzluqların aşkar edilməsi və onların aradan qaldırılması üçün yeni yanaşmaların formalaşdırılması;
- Cəmiyyətin digər struktur bölmələrinin aidiyyəti fəaliyyət istiqamətləri üzrə hüquqi tövsiyə vermək;
- Cəmiyyətin təsis və qeydiyyat sənədlərinə dəyişikliyin edilməsi ilə əlaqədar müvafiq sənəd layihələrini hazırlamaq, qeydiyyat orqanına təqdim etmək və təhvil almaq;
- Şirkət müqavilələrinin, əmrlərin, sərəncamların tərtib edilməsi, iddia və tələblər üzrə işlərin təşkili;
- Notariat və ASAN Xidmətdə həyata keçirilən əməliyyatlarda iştirak etmək;
- Hüquqi təminat və korporativ hüquq funksiyalarına ümumi nəzarətin həyata keçirilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi.
Tələblər
- Hüquq üzrə müvafiq bakalavr və magistr dərəcəsi;
- Mükəmməl səviyyədə İngilis dili bilikləri;
- Rus dili bilmə üstünlüyü;
- Hüquqi təhlil və araşdırma aparma bacarığı;
- Müqavilə menecmentliyi;
- Yüksək kommunikasiya bacarığı (şifahi və yazılı);
- Kommersiya və hüquqi perspektivdən problemi həll etmə, danışıqlar aparmaq bacarığı;
- Komandada işləmə bacarığı;
- Müvafiq sahədə İş təcrübəsi 2-5 il;
- Xanım namizədlərə üstünlük veriləcəkdir.
İş barədə məlumat:
- İş qrafiki həftə içi 5 (beş) gün;
- İş yeri:Nərimanov rayonu Həsənoğlu küçəsi-4;
- Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq
- Tələblərə uyğun gələn namizədlər öz CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə hr.specialist@alc.az ünvanına göndərə bilərlər.